Sosial / Azərbaycan

Sabah ehtiyatlı olun!

755
Sabah ehtiyatlı olun!
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 42 dərəcəyə yüksələcək.

Liderinfo.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosuna istinadən məlumatına görə, iyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-də hava əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 37-42, dağlarda gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq.

Bizi izləməyə davam edin.