Sosial / Maraq

...havanın temperaturu 37 dərəcəyə yüksələcək - Belə deyirlər...

736
...havanın temperaturu 37 dərəcəyə yüksələcək - Belə deyirlər...
Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 37 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 28-32 dərəcə isti olacaq.

İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında iyunun 18-də əsasən yağmursuz, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.