Redaksiya seçimi / Əsas Xəbər

"BİZİ BU BƏLADAN QURTARIN!"-İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT-VİDEO

2344
"BİZİ BU BƏLADAN QURTARIN!"-İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT-VİDEO
CƏNAB PREZİDENT MƏNƏ KÖMƏK EDİN!-APELYASİYA ŞİKAYƏTİNİ NƏZARƏTƏ AL SƏNƏ YALVARIRAM-LAÇIN SAKİNİNDƏN PREZİDENTƏ YALVARIŞ!

LİDERİNFO.AZ vasitəsi ilə Laçın rayon sakini prezidentə və vitse prezidentə ərizə və videomüraciət etdilər.
Həmin ərizə və videomüraciəti olduğu kimi dərc edirik.

Yazıb sizə bildiririk ki, biz milliyətcə kürdük. Azərbaycan Respublikasının qanunlarına və ulu öndərimiz mərhum H.Əliyevə, o cümlədən Cənab Prezidentimiz İ.Əliyevə sadiqik. Hər birimiz YAP-nın üzvü olmaqla yanaşı, həmişə cənab Prezidentə dəstək, onun daxili və xarici siyasətini alqışlayırıq. Çox təəssüf hissiylə qeyd etmək istəyirik ki, son vaxtlar Laçın rayon İ.H.B-sı Aqil Nəzərli kürd millətindən olan ziyalılarımızı hansı yolla olursa olsun şərlədib ləkə vurmaqla həbsxanalara göndərir. Sanki yüksək vəzifəli şəxslərdən kiminsə göstərişi əsasında A.Nəzərli bizləri departasiya edib sürgün etmək istəyir. Rayonun Şeylanlı kənd sakini, ali təhsilli tarix müəllimi 25 il pedoqoji fəaliyyəti olan məktəb direktoru müəllim, rayon təhsil şöbəsində metodist, məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmış Baxışov Müqabil Baxış oğlu rayonda bir qrup rəhbər şəxslərin cinayətkar əməllərini aidiyyatı orqanlara çatdırdığı və rayonda üstü açılmayan ölüm hadisələrinin nə səbəbdən adına intihar edib deyə ört-basdır olmasını, Rusiya Federasiyasında yaşayan şəxsin Azərbaycanda necə müəllim işlədiyini tələb etdiyi üçün Laçın rayon İ.H.B-sı A.Nəzərli, Sumqayıt şəhər İ.H.B-sı Z.Fərəcovun sifarişi ilə Laçın rayon Məhkəməsi, rayon Polis Şöbəsinin rəisi və Laçın rayon Prokuroru tərəfindən şərlənərək 4 il müddətində azadlıqdan məhrum edildi. Eyni zamanda rayonun Qarakeçdi kənd sakini, milliyətcə kürd Şirinov İnkiram Sərdar oğlu da həmin qayda ilə həbs olunub. 33 il pedoqoji fəaliyyəti olan ali təhsilli müəllim.
"BİZİ BU BƏLADAN QURTARIN!"-İCRA BAŞÇISINDAN PREZİDENTƏ ŞİKAYƏT-VİDEO
A.Nəzərli və Z.Fərəcov Müqabil Baxışovun həbsinə nail olduqları kimi, onun həbsxana divarları arasında ölüdürlməyinə də nail olacaqlarına inanaraq, Sizdən artıq dərəcədə xahiş edirik! M.Baxışovun apellyasiya məhkəməsinin ədalətli keçirilməsini şəxsi nəzarətinizə götürəsiniz və ya bu barədə göstəriş verəsiniz. Əks halda hər birimizin həyatı təhlükə altındadır. Hər birimizi müəmmalı şəkildə qətlə yetirilmiş rayon sakinləri Qasımov Tariyel Oktay oğlu, Qələndərov Atəş Vahid oğlu, Vağazın kənd sakini Şakir adlı şəxsin, Laçın rayon Keçmiş Mədəniyyət müdürü Çingiz müəllimin və s. aqibəti bizləri gözləyir.

P.S.GƏLƏN SAYIMIZDA RAYONDA BAŞ VERƏN ÖZBAŞINALIQLARDAN,
AQİL NƏZƏRLİNİN HANSI MÜAVİNDƏN NƏ QƏDƏR PUL ALIB HANSI VƏZZİFƏYƏ QOYDUĞUNDAN,
MƏKTƏB DİREKTORLARINDAN ALINAN PULLARDAN,
BAŞ HƏKİMLƏ OLAN İŞ BİRLİYİNDƏN,
ZAKİR FƏRƏCOVUN HANSI ƏMRLƏRİNİ YERİNƏ YETİRDİYİ BARƏSİNDƏ LİDERİNFO.AZ SAYTINDAN OXUYA BİLƏCƏKSİNİZ!