Redaksiya seçimi / Əsas Xəbər

ƏZİZ ƏZİZOV REKERT JURNALİSTLƏRİ PULLA SUSDURUR

1439
ƏZİZ ƏZİZOV REKERT JURNALİSTLƏRİ PULLA SUSDURUR
Cəlilabad rayon icra başçısı Əziz Əzizov press reliz adı altında bir çox jurnalistlərə aylıq pul ödənişi edir.

LİDERİNFO.AZ –a bu barədə Cəlilabad rayon icra hakimiyyətinin işçisi adının yazılmasını istəməyən bir şəxs məlumat verib.
Onun sözlərinə görə rayona gələn jurnalistlər rayonda hər hansı bir araşdırma aparmadan birinci Əziz müəllimin qəbuluna gəlməlidir ondan icazə almalıdır və sonra araşdırmaya başlamalıdır.

İcra başçısının qəbuluna girən şəxs bir az şirin ünsiyyətdən sonra “Dostlar”siyahısına adı yazılır və ayda 100 azn alacağına vəd alaraq bir daha Cəlilabada ayaq qoymur.

Cəlilabad rayon Göytəpə qəsəbəsində şosse arendaya verilib,Çiyələk monopoliyası.

Rayon sakinlərinin LİDERİNFO.AZ - a verdiyi məlumata görə Göytəpə qəsəbəsində yol kənarında kənd camaatı qapılarının ağzında belə heç bir şey sata bilməzlər.Çünki Yardımlı rayonundan gələn “7 qardaşlar” deyilən 7 qardaş hərəsi bir “toçka”arendaya götürüb Əziz Əzizova aylıq xərac verir və bunun qarşılığında onlardan başqa heç kim yol qırağında çiyələk sata bilməz.Hər kimsə bağından çiyələyi həyətindən dərib yol kənarında satmaq istəsə də bu qardaşlar kənd camaatının malını dağıdaraq özlərini də döyüb xəsətəxanalıq edirlər.

LİDERİNFO.AZ olaraq Cəlilabad rayonu ilə bağlı araşdırmamız davam edəcək.

P.S. GƏLƏN SAYIMIZDA ƏZİZ ƏZİZOV HANSI JURNALİSTLƏRƏ PUL VERİR? -SİYAHI
ƏZİZ ƏZİZOVUN KƏRƏM HƏSƏNOVLA BİRGƏ NƏ KİMİ İŞ BİRLİKLƏRİ VAR?
ƏZİZ ƏZİZOV KİMLƏRİN TORPAĞINI QANUNSUZ ƏLİNDƏN ALIB?
ƏZİZ ƏZİZOVUN PUL KASSASI KİMDİR?
BU KİMİ XƏBƏRLƏR LİDERİNFO.AZ-da