Maraq / Araşdırma

İbrahimoviçin Bakıya gəliş səbəbi bilindi

791
İbrahimoviçin Bakıya gəliş səbəbi bilindi
Tanınmış futbolçu Zlatan İbrahimoviçin Bakıya səfərinin səbəbi açıqlanıb.

Liderinfo.az-ın məlumatına görə, Fransadan Türkiyəyə, oradan isə Azərbaycana səfər edən isveçrəli ulduz bəzi suallara aydınlıq gətirib. İstanbulda hava limanında jurnalistlərə açıqlama verən ulduz futbolçu "Qalatasaray"a transfer olmayacağını söyləyib:

"Türkiyəyə "Qalatasaray"a transferimlə bağlı gəlməmişəm. Ümumiyyətlə transfer barədə hələ qərar qəbul etməmişəm. İstanbuldan keçərək Azərbaycana səfər edirəm. Bakıya səfərimin məqsədi qolf oynamaqdır", - deyə futbolçu qeyd edib. İbrahimoviçə səyahət zamanı iki dostu yoldaşlıq edib. Futbolçu üç çemodanla Bakının yolunu tutub.

Fransa Liqası komandalarından PSJ forması geyən İbrahimoviç gələcək karyerası barədə də danılşıb: "Ötən mövsüm bizim üçün yaxşı keçdi. Gələcək mövsüm üçün bir karyera planı etmədim", - deyə futbolçu vurğulayıb.