Ana səhifə / Əsas Xəbər

Traktorçu yeznə baş mühəndis, fərari isə idarə rəisi təyin olunub

801
Traktorçu yeznə baş mühəndis, fərari isə idarə rəisi təyin olunub
İsgəndər Şirəlinin “ailə ansamblı” və SOCAR – ın talanan milyonları

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlinin şirkərin idarəsini şəxsi obyektinə çevirdiyi barədə Realliq.info – da geniş yazılar dərc olunub. Həmin məqalələrdə Trest rəisinin qanunsuz fəaliyyəti və Dövlət şirkətini özəl qaydaları ilə idarə etməsindən bəhs olunmuşdu.

Yazılardan sonra Realliq.info – nun baş redaktoruna etiraz məktubu ünvanlayan İsgəndər Şirəli qeyd olunan faktlarla razılaşmadığını və saytın əməkdaşlarını ona şər və böhtan atmaqda suçlamışdı. Baş redaktora ünvanlanan bu məktubdan sonra saytın əməkdaşları geniş araşdırmalar aparılmasına dair tapşırıq alaraq SOCAR – da və onun tabeçiliyində olan “Kompleks Qazma İşləri Tresti”n – də baş verənləri geniş araşdırmaqdadırlar.

Araşdırmalar nəticəsində məlum oldu ki, SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”ndə baş verənlər haqqında yazılanlar qanunsuzluqları heçdə tam əhatə etmirmiş. Trestin rəisi İsgəndər Şirəlinin dövlətin vacib və mühüm əhəmiyyət kəsb edən obyektində həyata keçirdiyi özbaşınalıqlar daha dəhşətli mənzərənin varlığından xəbər verdi.

İlk öncə qeyd edək ki, saytda dərc olunan yazılardan sonra SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”nin bir sıra əməkdaşı redaksiyamıza məkrublar ünvanlayaraq rast olduqları haqsızlıqlardan bəhs ediblər. Onlar İşgəndər Şirəlinin son illər trestdə həyata keçirdiyi qanunsuzluqlardan yazaraq adıçəkilən məmurun dövlətə vurduğu ziyana görə cəzalandırılmasını istəyirlər. Realliq.info olaraq bu faktları sabah dərc olunacaq yazıda geniş qeyd edəcəyik.
İsgəndər Şirəlinin rəhbəri olduğu və “özəlləşdirdiyi” trestdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, iki gün öncə təşkilatda böyük iclas keçirilib. İclasda Trest rəisi çıxış edərək Realliq.info – da gedən yazılara etiraz etməyi tələb edib. Isgəndər Şirəli bildirib ki, onun rəhbəri olduğu

Trestdə işləyən hər bir xanım saytın baş redaktoruna zəng etməli və etirazını bildirməlidir. Bununla yanaşı, zəng edənlər İsgəndər Şirəlinin fəaliyyətindən razı qaldıqlarını və onun yaxşı, xeyirxah adam olduğunu qeyd etməlidirlər. Bu tapşırıqdan sonra SOCAR – ın “Kompleks Qazma İşləri

Tresti”nin rəisi İsgəndər Şirəliyə qohum olan və vəzifə tutan xanımlar sayta zəng edərək verilən tapşırığı icra etməkdədirlər. Lakin onların zənglərinə cavab olaraq apardığımız araşdırmaların nəticələrini bundan sonra silsilə yazılarla ictimailəşdirəcəyik.
İlk öncə qeyd edək ki, Şirəli İsgəndər bu vəzifəyə təyin olunandan sonra Azərbaycan Dövlət Neft Şirkətinin var – dövlətini talamağa başlayıb. O, istəyini həyata keçirmək üçün özünə yaxın bildiyi qohumlarını vəzifəyə gətirib. Qonumların savadlı və ya mütəxəssis olması önəm kəsb etməyib. İlk öncə bacısının həyat yoldaşı Ramiz Ağayevi Trestin Qazma və Logistika İdarəsinin baş mühəndisi təyin edib. Realliq.info – nun apardığı araşdırmalar nəticəsində bəlli olub ki, Ramiz Ağayev traktorçu olub və heç bir təhsili yoxdur. Belə olan halda dövlət üçün mühüm əhəmiyyət kəsb edən idarəyə baş mühəndis gətirilən və mütəxəssis olmayan bir şəxsin fəaliyyəti nədən ibarət ola bilər?

Ramiz Ağayevin qanunsuz əməllərindən narazı qalan işçilər isə qaynı Şirəli İsgəndər tərəfindən cəzalandırılır. Traktorçunun baş mühəndis vəzifəsinə gətirilməsi və SOCAR prezidentinin baş verənlərə susması maraqlı məqamdır. Görünür İsgəndər Şirəlinin bir məclisdə dediyi sözlər haqlı görünür. Belə ki, dostları ilə məclislərin birində Ramiz Ağayevin təyinatı ilə bağlı yaranməş mübahisədə İsgəndər Şirəli maraqlı açıqlama verib. Onun: “Rövnəq Abdullayevin savadı var ki, başqalarında nöqsan axtarsın. O da traktorçu kimi bir şəxsdir” – deməklə bacısının ərinin SOCAR şefindən heç də savadsız olmadığını önə çəkib.

Bundan sonra kürəkəni Zaur Qarayevi SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”nin Ekologiya şöbəsinin rəisi təyin edib. Ekologiya sahəsi üzrə mütəxəssis olmayan şəxsin bu sahəyə necə xidmət etdiyini Rövnəq Abdullayevin araşdırması vacibdir.
Şirəli İsgəndər yaxın qohumu olan Anar Məmmədov Trestin Mərkəzi Mühəndis Texniki Xidmətinin rəisi vəzifəsini icra edir. Maraqlıdır ki, Anar Məmmədov bu sahədə səriştəsiz, iş təcrübəsi olmamaqla yanaşı həqiqi hərbi xidmətdə olmayıb. “Niqodnı” Anarın dənizdə mühüm vəzifəni necə icra edə biləcəyi isə Şirəli İsgəndərdən başqa hamıya qaranlıq qalıb.

Trest rəisi digər qohumlarını da unutmayıb. Realliq.info qeyd edir ki, İsgəndər Şirəli qardaşının yeznəsi İsa adlı şəxsi Trestin qazma Departamentinin rəis müavini, İsanın bacanağı Elvin adlı şəxsi Neft Daşları bölümündə təchizat üzrə rəis müavini, Xəyyam adlı yaxın qohumunu Tikinti şöbəsinin rəisi, Ramiz adlı digər qohumunu Sahil bölümünün 122 saylı özül bölümünün rəisi vəzifələrinə təyin edib. SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlinin qanunsuz təyinatları bunlarla bitmir. Salyan – Neftçala zonasında yaşayan digər qohumlarını da vəzifələrə təyin edən trest rəisi qanunları pozmaqla korrupsiya əməllərini icra etməkdədir.

Maraqlıdır ki, ARDNŞ-nin rəhbəri Rövnəq Abdullayevin əmri ilə təhsili olmayanların mühəndis-texniki vəzifədə işləməsi qadağan edilir. Lakin isgəndər Şirəli meşəbəyi, baytar və təhsili olmayan digər qohumlarını Trestin mühüm əhəmiyyət daşıyan şöbələrinə rəis və rəis müavini təyin etdirir. Trestin işçiləri idarəni “ailə şirkəti” adlandırır və baş verənləri aşkar qeyd edirlər, lakin tədbir görən yoxdur.
Azərbaycan Respublikasının qanunlarına görə yaxın qohumların eyni idarədə vəzifələr daşıması qadağandır və korrupsiya faktıdır. Onda İsgəndər Şirəlinin korrupsiya əməllərinə niyə hüquqqi qiymət verilmir? Görəsən Baş prokurorluq baş verən faktlara niyə biganə münasibət göstərir?
Qeyd olunan faktlarla bağlı Realliq.info Respublika Baş prokurorluğuna rəsmi müraciət ünvanlayıb. Ümid edirik ki, qanuna müvafiq tədbirlər görüləcək və İsgəndər Şirəli qanunun sərt üzü ilə cəzalandırılacaq.

Araşdırmalar zamanı aydın olur ki, İsgəndər Şirəlinin qohumları trestin işçilərini təhqir etməkdən çəkinmirlər. Onlar rəis qohumlarına arxayın olaraq Dövlətin əmlakını talamaqadırlar. Qadın işçilərə hörmət qoymayan Şirəliyevlər SOCAR-ın dövlət üçün mühüm əhəmiyyət kəsb edən idarələrini talan edirlər.
Yazıda adı çəkilən şəxslərin də münasibətini öyrənməyə hazırıq.
Ardı var
LİDERİNFO.AZ
P.S. Növbəti yazıda SOCAR – ın “Kompleks Qazma İşləri Tresti”nin rəisi İsgəndər Şirəlinin haqsız qərarları ilə üzləşən vətəndaşların müraciətini dərc edəcəyik. Bununla yanaşı Trest rəisinin və qohumlarının qanunazidd əməllərinin geniş açıqlamalarını oxuya bilərsiz. Bizi izləyin.