Ana səhifə / Əsas Xəbər

Laçın rayon icra hakimiyyətinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Müraciət

1725
Laçın rayon icra hakimiyyətinin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə Müraciət
Aqil Nəzərlinin "hoqqalarından" prezidentə şikayət məktubu!

LİDERİNFO.AZ həmin müraciəti olduğu kimi təqdim edir.

Möhtərəm prezident siz Ulu Öndərimizin davamçısı kimi apardığınız daxili və xarici siyasətinizi hər zaman dəstəkləyərək,sizin sayənizdə ölkəmizin uğurlu inkişafı daim bizləri sevindirir və qürur duyuruq.

Lakin sizin apardığınız siyasətə,uğurlu inkişafa qara ləkə olan məmurlardan biri də Laçın rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərlidir.
Aqil Nəzərli ilk təyin olunduğu gündən icra hakimiyyətinin kollektiviylə uzun illər bir yerdə işləməsinə baxmayaraq işçiləri qorxu altında saxlayır.
Xoşuna gəlməyən işçiləri müxtəlif yollarla şantaj etdirərək işdən azad edir və öz yaxın adamlarını,iş qabliyyəti olmayan ,hərbi xidmət keçməyən,bitirdiyi naməlum institutdan asılı olmayaraq müxtəlif vəzifələrə təyin edir. İşdən azad etmə,işçini qorxutmaq məqsədiylə kameralar vasitəsiylə işçiləri izləyir.

Aqil Nəzərli təyin olunduğu gündən dövlətin qanunlarını kənara qoyaraq icra hakimiyyətini öz qanunlarıyla icra edir.Belə ki,gəldiyi gündən işçiləri vəzifəsini itirməklə hədələyərək tabel cədvəli tərtib etdirdi.Dövlət orqanlarında həftənin 5 günlük iş rejimi olmasına baxmayaraq Aqil Nəzərli öz qanunlarına əsasən və əmək qanunvericiliyinə zidd olaraq həftənin şənbə gününü də iş günü elan etmişdir.Həftənin şənbə günü gəlməyən işçiləri vəzifəsindən kənarlaşdırmaqla hədələyir.

Aqil Nəzərli təyin etdiyi yararsız kadrları işə götürməklə biz peşəkar işçiləri təhqir etmiş olur.A.Nəzərli icra başçısı təyin olunduqdan sonra kollektivdə olan hörmətini öz qanunsuz əməlləriylə itirib.Vətəndaşların problemləriylə maraqlanmır,icra hakimiyyətinin işçilərinin üstünə yollayaraq vətəndaşla işçi arasında ziddiyyət yaradır.Həftənin şənbə günlərinin işdə olmağının səbəbi rayonda fəaliyyət göstərən idarə,müəssisə rəhbərlərindən hesab almasıdır.

Qanunsuz əməlləri bununla bitmir,belə ki,Novruz Bayramı ərəfəsində qeyri-iş günləri olmasına baxmayaraq işçiləri qarşıdan gələn seçki təbliğatı kompaniyası adı altında bayram günlərini öz ailələriylə keçirməyə imkan verməmişdir.Prezident Administrasiyası adından yalan danışaraq işçilərə bildirmişdir ki yuxarıdan gələn göstərişdir.Sonradan məlum oldu ki bayram günlərini ancaq Laçın rayon icra hakimiyyətinin işçiləri işləmişlər.A.Nəzərli sanki icra hakimiyyətinin kollektivinə düşmən gözüylə baxır və işçilərdən qisas almaq üçün gəlib.Hörmətli prezident, kollektivimiz adından sizdən xahiş edirik bizi A.Nəzərlinin əsarətindən azad edəsiniz.Biz Laçın rayon icra hakimiyyətinin kollektivi rayonda olan qanunsuzluqlara,biyabırçılıqlara,saxtakarlığa,savadsız kadrların yüksək vəzifələrə təyin edilməsinə və rayonumuzda sizin siyasətinizi layiqincə icra edə bilməyən başçının qanunsuz əməllərinə göz yuma bilmirik.
Biz sizə inanırıq və güvənirik ki Laçın adına və ziyalıları adına xələl gətirən başçı barəsində lazımı tədbir görəcəksiniz
LİDERİNFO.AZ