Ana səhifə / Əsas Xəbər

İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT

598
İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT
Metronun “Nəriman Nərimanov” stansiyasının üstündəki səkilər də qarış-qarış satılmaqdadır.

LİDERİNFO.AZın azeuronews.com-a istinadən məlumatına görə, “Neftçilər” metrostansiyasının çıxışındakı səkilər kimi Nərimanovda da piyadaların yolu obyektlərə pay-püş edilib.

Bakıda satmağa boş torpaqlar, yol qıraqlarında ərazilər qalmadığına görə icra başçıları metroların üstünü, səkiləri satmağa başlayıblar.

Bu tendensiya şəhərin əksər yerlərində müşahidə olunur. İcra başçıları harda boş yer görübsə satıblar, indi də paytaxtda yer qalmayıb. Ona görə də metroların üstünü satmağa əl atıblar.İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT

Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev və 1-ci müavini Şahmar İbadov da “Nərimanov” metrosunun üstünü, parkın ərazisini kafelərə, dükanlara, ticarət köşklərinə kvadrat-kvadrat satmaqdadır.
İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT
Nərimanov parkının içində sağ-sol restoran, kafe, dönərxanalar, peraşki satanların butkalarından ibarətdir. Onların fəaliyyətinə Nərimanov RİH-nin qeyri-rəsmi icazəsi əsasında razılıq verilib.

Rayondakı əksər obyektlərə Ş.İbadov tərəfindən nəzarət olunur. Abdin Fərzəliyev 1-ci müavininə ən birinci imkanları yaradıb.
İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT
Başçının “kassir”i və rayondakı “kombinasiyaları”nın mahir ustası sayılan Şahmar İbadov Nərimanovun “qubernator”u rütbəsinə yüksəlib.
İbadovun bələdiyyədəki “makler” qardaşı…

Təbii ki, RİH-nin icazəsi olmadan daşı daş üstünə qoymaq nəinki mümkün deyil, əfsanədir. Bu, artıq təsdiqlənmiş reallıqdır.

Ona görə də metronun üstündə səkilərin, parkın içinin satılması Nərimanov rəhbərliyinin razılığı əsasında gerçəkləşir.

Daşınmaz əmlak qeydiyyatından əlavə, binaların sökülməsi, plana düşən tikililərə görə kompensasiyaların bölüşdürülməsi işlərinə başçı müavini sahiblik edir.

Bildirilir ki, İbadov Nərimanov ərazisində poluiteran materialların binalara üzlənməsində baş məsləhətçi olub.

Şahmar İbadovun bələdiyyə üzvü olan qardaşı torpaqların satışında xüsusi fəallıq edir. Ş.İbadov bələdiyyəyə öz yaxın qohum-əqrəbasını yerləşdirib və istəklərini reallaşdırır.

Ş.İbadovun bələdiyyə seçkiləri zamanı əvvəlcədən nəzərdə tutulan 19 adamı hər biri ayrı-ayrılıqda bələdiyyə üzvü seçilib.
İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT
Hətta o zaman siyahı mətbuatda təqdim olunub, lakin başçı müavini seçkilərə müdaxilə edib. Bundan sonra Nərimanov ərazilərini pay-püş etmək, bələdiyyənin əli ilə əraziləri satmaq asanlaşıb. Amma Ş.İbadovun adı təkcə bu işlərdə hallanmır.

Onun gözdən əlillərə aid mənzillərin pulunu mənimsəməkdən tutmuş, 9-cu mikrorayonda villa alması, oğlu Elmir İbadovun avtoqəzada ölümə səbəb olması, cinayət işini ört-basdır etməsinədək adı çəkilib.
İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT
Lakin bu haqda növbəti reportajlarımızda ətraflı məlumat verəcəyik. Metronun üstündəki səkilər və parkın içinin zəbt olunması ilə bağlı Nərimanov RİH-nin münasibətini dərc etməyə hazırıq.
İcra başçısının ən etibarlı ticarətçi müavini- Başçı və müavin əl ələ verib rayonu bu cür talayır-FOTOFAKT