Ana səhifə / Əsas Xəbər

MƏNİM HAQQIMI VERİN!- "Beynəlxalq Bank"dan prezidentə ŞİKAYƏT

1304
MƏNİM HAQQIMI VERİN!- "Beynəlxalq Bank"dan prezidentə ŞİKAYƏT
Nağı Allahverdi Əli oğlu:Azərbaycan "Beynəlxalq Bank" ASC - nin Sabunçu filialının "BAŞ DƏLƏDUZU" Dilbazov Kamil Əsəd oğlu haqqımı yeyə bilməz!

Ötən gün LİDERİNFO.AZsaytının elektron ünvanına Nağı Allahverdi Əli oğlunun "Beynəlxalq Bank"la bağlı şikayət ərizəsi daxil olmuşdur.Həmin şikayət ərizəsini olduğu kimi dərc edirik.

Azərbaycan Beynəlxalq Banki ASC - nin Sabuncu filialinin BAŞ DƏLƏDUZU Dilbazov Kamil Əsəd oğlu mənimlə 27 07 2016 ci il tarixində illik dərəcəsi 21 faiz olmaqla 24 ay müddətinə 3200 manat məbləğində kreditin verilməsinə dair 69.27.07.2016-SM91 sayli kredit müqaviləsi bağlamışdır . Həmin müqavilə üzrə rəsmiləşdirilmiş 69-27.07.2017SM91BB sayli həyat sığortası şəhadətnaməsinin şərtlərinə əsasən məndə gotürdüyüm həmən 3200 manatın 4 faizini yəni 128 manatın sığorta haqqı tutaraq Atəşgah Həyat Sığorta ASC - nin hesabina kocürülmüşdür . Gotürdüyüm həmən borcu mən 24 aya deyil 05.12.2016 ci ildə ( 4 ay 8 günə yəni 128 günə ) tam ödəyərək BAŞ DƏLƏDUZ Dilbazovun borcumun olmamasi ilə bağli bankdan arayış da almışam . Deməli 24 ay 730 gün edir ondanda 128 gün çıxılanda yerdə 602 gün qalır ki,onun da qalığı sığorta tərəfindən mənə qaytarılmalıdır . Ancaq onlar həmən qalığı qaytarmaq istəmədilər . Şikayətlərimi gördükdən sonra qalıq borcun 101.manat 90 qəpik hesablayaraq məni dəvət etdilər ki gedib pulu gotürüm . Mən pulun düzgün hesablanmadığını görsəm də dinmədim pulu gotürmək ücün sənədləri imzalayanda gordüm ki, 101.90 manat hesablansa da 76.43 manat mənə təqdim etmək istəyirlər . Mən bunu gorüb imzalamayıb sığortanı tərk etdim . Sonradan başda prezident xanımı olmaqla bütün nazirliklərə hüquq mühafizə orqanlarına ünvanladığım şikayətlə Maliyyə Bazarlarına Nəzarət Palatasına yönəldildi . Onlarda Atəşgah sığortaya sorğu verdi şirkətin idarə heyətinin sədrə Azər Əliyevdə sorquya cavab olaraq bildirdi ki,Ə.M.Həsənovaya76.43 manat təklif edilmiş lakin o həmin məbləği almaqdan imtina etmişdir.Bu işlər mənim başıma gəlib yəni Nağı Allahverdi Əli oğlunun . Gorəsən Azər Hüseynovun qeyd erdiyi Ə.M.Həsənova kimdir .

İndi də Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş içraci direktoru İbrahim Alışovda yazır ki, 22.02.2017 ci ildə Azər Əliyevin sənə gondərdiyi H248/17 saylı məktubu və sorğuya əsasən Palatanın 31.05.2017 ci il tarixli 10-3515 saylı məktubu xahiş edirik nəzərə alib deyəsiniz . Gordüyünüz kimi bu üc nəzarətsiz təşkilat mənim bir qulağimı kəsməyi azmış hələ bu Ə.M.Həsənovanın kim olduğunu da mənə izah etmək istəmirlər.Məktublar nəzarətsiz olanda cavablarda öz basina olur.Mən sizə beynalxalq bankın müqaviləsini Atəsgah siğortanin müqaviləsini göndərirəm bir baxin görün Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasinin baş icraci direktoru İbrahim Alışov və Atəsgah siğortanin idarə heətinin sədri Azər əliyevin dediyi bu 25 faiz harda öz əksini tapıb.Onsuzda onlar pulu götürdüyün vaxtdan ödədiyim vaxta qədər olan məsafədəki pulu cıxıblar.Sonradan bunların nə xidməti olubki yenə 25 faiz tutmaq iddiasındadırlar.Mən artıq bu şikayəti nəinki prezidentə aidiyyati qurumlara bütüün ölkəmizdə olan xarici təskilatlara yönəltmək qərarina gəlmisamki bəlkə onda haqlı səsim esidilər.Ya mənim borclu olduğunuz halda haqqimi qorumalısınız yada vətəndaslıqdan çıxartmalısınız.-

Bakı şəhəri 15 yanvar 2018-ci il.

Ünvan Suraxanı rayonu Bülbülə qəsəbəsi Axundov küçəsi ev 4

Nağı Allahverdi Əli oğlu

əlaqə telefonu 055-215-40-35