Ana səhifə / Əsas Xəbər

"2 adam öldürüb və prezidentdən gizlədir" - Yüksək vəzifəli məmur barəsində VİDEO yayıldı

1106
"2 adam öldürüb və prezidentdən gizlədir" - Yüksək vəzifəli məmur barəsində VİDEO yayıldı
Vidadi İsayev və Zaur Bəylərovun cinayəti "ört basdır" etməsinin ifşası

Jurnalist Xəyyam Salmanzadə Bərdə rayon icra hakimiyyətin idarə etmə aparatinin müdürü Zaur Bəylərovu şok cinayətdə ittiham edib. Sosial şəbəkədə video paylaşaraq Z.Bəylərovun 200 min manat qiyməti olan, 90 ZG 909 dövlət nömrə nişanlı ''Toyota Land Gruiser'' markalı avtomobillə qəza törədərək iki nəfəri ölümünə səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, hadisə 2017-cı il dekabrın 10-da Bərdə-Tərtər yolunda Kia markalı avtomobillə toqquşub: ''Sürücü Elşad vəfat edib. İki yaralı isə xəstəxanaya çatıdırlıb. Yaralılardan digəri də xəstəxanada dünyasını dəyişib. Bundan sonra Zaur Bəylərov icra başçısı Vidadi İsayevin himayəsinə sığınaraq cinayəti ört-basdır edir. Ölkə başçısının bu məsələdən xəbər tutumaması üçün istənilən imkanlarından istifadə edir''.

X.Salamzadə iddia edir ki,Z.Bəylərov Novruz və Yeni il ərəfəsində ''Prezident Administrasiyasında məmurlara bayram səbəti gedəcək'' adı ilə 5 kiloqram mal əti, 10 toyuq, 5 hunduşka, 10 yumurta, 5 kq pendir tələb edir.

Məsələ ilə bağlı Criminal.az olaraq Z.Bəylərovla əlaqə saxladıq. O, jurnalist olduğumuzu bilib telefon əlaqəsini kəsdi. Növbəti cəhdlərimizi isə cavabsız qoydu. Daha sonra icra başıçısının köməkçisi Anar Hətəmovla əlaqə saxladıq. O, da eyni addımı atdı və telefonu söndürdü.

Daha sonra Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Sadlinski ilə əlaqə saxladıq. O, isə məzuniyyətdə olduğu əsas gətirərək Z.Bəylərovla əlaqə saxlamağı tövsiyyə etdi. Bildirdi ki, onun haqda hansısa video yayılsa mütləq cavablandırardı. Ona görə də, yaxşı olardı ki, Z.Bəylərov barəsində yayılmış video ilə bağlı cavab versin.

Qeyd edək ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətinin yaydığı məlumata görə, dekabrın 10-da saat 20 radələrində Tərtər rayonu ərazisində şəhər sakini Elşad Quliyevin idarə etdiyi “KİA” və Bərdə rayon sakini Zaur Bəylərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Nəticədə E.Quliyev hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.