Ana səhifə / Əsas Xəbər

Şamaxının başçısı və müavininə 15 dekabradək möhlət verildi - Şok təfsilat

364
Şamaxının başçısı və müavininə 15 dekabradək möhlət verildi - Şok təfsilat
Şamaxının icra başçısı Asif Ağayev və 1-ci müavini Qasım Qasımov dekabrın 15-də vəzifəsindən kənarlaşdırıla bilər.

Yerli sakinlər hər iki məmura 15 dekabra qədər möhlət qoyub...

Bu barədə XəbərAl.az-a verilən məlumatda bildirilir ki, Şamaxıda zülm ərşə dirənib. Əhali heç vaxt olmadığı qədər narazıdır. Buna səbəb də icra başçısının biganəliyi və 1-ci müavinin rayonu tar-mar eləməsidir.

Şamaxının ən səfalı guşələrində malikanələr tikdirən, rayonun bütün küçələrinin yollarını bərbad saxlayan, kəndlərdə heç bir iş görməyən rayon rəhbərliyinin istefaya göndərilməsi tələb olunur.

Şamaxı sakinləri prezidentdən xahiş edirlər ki, dekabrın 15-də A.Ağayevlə Q.Qasımovun dosyesinə xüsusi həssaslıq göstərsin. Çünki əks təqdirdə rayon qarışa bilər.

Sakinlər yada salırlar ki, prezident dekabrın 15-də icra hakimlərinin arayışının təqdim olunmasını tələb edib. Bu tarixdə Şamaxının müqəddəratı da həll oluna bilər.

Bildirilir ki, Pirqulu, Nağaraxana, Çuxuryurd və s. kəndlərdə özlərinə villalar, malikanələr ucaldan icra başçısı və müavini camaatın problemləri ilə maraqlanmır.

Hazırda Şamaxının əksə kəndləri – Keçməddindən tutmuş Qaleyburud, Əngəxana qədər hamısı yol, kommunal, işsizlik, özbaşınalıq, torpaqların zəbti problemləri ilə üz-üzə qalıb.

Məlumatda bildirilir ki, Q.Qasımov rayonda xüsusu kobudluğu ilə seçilir.

İcra başçısının müavini vətəndaşları RİH-nin qapısından qovur, müraciətlərinə baxmır, şikayətlərini dinləmir. Onların dediyinə görə, Şamaxıya indiyə qədər belə əzazil 1-ci müavin təyin olunmamışdı.

A.Ağayevin bir kənara çəkilərək onu qabağa verməsi, Qasımovun isə sahibkarları, vətəndaşları incitməsi, biznesini inkişaf etdirməsi ciddi gərginliyə səbəb olub. Sakinlər dekabrın 15-nə kimi möhlət verib ki, məsələyə baxılsın.

Şamaxı sakinləri qeyd edirlər ki, rayona ayrılan vəsaitlər mənimsənilib, büdcə pulları tlana edilib, heç bir abadlıq işləri görülməyib. Şamaxının bir mərkəzi küçəsindən başqa heç bir ərazidə səliqə-sahmana rast gəlmək olmur.

Prezident dövlət büdcəsindən Şamaxının inkişafı, əhalinin rahatlığı üçün pul ayırır, amma icra başçısı və müavini öz şəraitini rahat edir.

Hazırda Şamaxı viran gündədir. Ziyalı şəhəri. Elm adamlarının, şairlərin məskəni, Bakıdan uzaq olmayan bir səfalı turizm bölgəsi məmurların əlində əsir-yesir qalıb.

Məlumata görə, Şamaxıda istirahət mərkəzləri açan Ağayevlə Qasımov bu rayona gəlir mənbəyi kimi baxırlar.


Qarşı tərəfi dinləməyə hazırıq.