Ana səhifə / İqtisadiyyat

Lənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLAT

Lənkəranda «saxta sənəd» böhranı: İcra başçısı köməkçisin qapılara salıb -TƏFSİLAT
Taleh Qaraşov dənizkənarı torpaq sahələrini satmaq üçün əhaliyə verilmiş pay torpaqlarının sənədlərini belə «saxta» çıxartdırır

Bu barədə redaksiyaya Lənkaranda yaşayan, adınn çəkilməyin istəməyən şəxs deyib. Onun bildirdiyinə görə, Lənkəranda heç kimin ağlına gəlməyəcək qalmaqal yaşanır. Əhali ilə yerli İcra Hakimiyyəti arasında artıq mübahisə münaqişəyə çevrilmək həddindədir. Səbəb isə icra başçısı Taleh Qaraşovun şıdırğı torpaq biznesinə girişməsidir.

Məlumatlarda deyilir ki, Lənkəranda hələ 1997-ci ildə əhaliyə verilmiş pay torpaqlarının sənədləri bir-bir «saxta» çıxarılır. Bu işdə Taleh Qaraşova yerli Dövlət Rester Xidməti yardımçı olur. İnsanlar əllərində rəsmi imzalı, möhürlü, ştamplı sənədlərlə müraciət etdikləri qurumlardan şok cavab alırlar. Onlara bildirilir ki, həm imza, həm möhür, həm də ştamp saxtadır və ona görə də, bu torpaqların bölüşdürülməsi yenidən həyata keçirilməlidir.

Sözü gedən hallarla bağlı vurğulanır ki, sənədləri «saxta» çıxan kəndlərin böyük əksəriyyəti dəniz kənarında yerləşir. Bu isə o deməkdir ki, Lənkəranın icra başçısı gedər ayaqda bütün dənizkənarı torpaq sahələrin ələ keçirərək, onları satmaqla böyük gəlirlər əldə etməyə çalışır. Çünki belə ərazilərdə bir sot torpağın qiyməti təqribən 1000 manatdan başlayır. Bəzi yerlərdə isə qiymət 2000 manata qədər bahalaşır.

İşin ən dəhşətli tərəfi isə odur ki, bəzən sovet dövründə vətəndaşlara verilmiş həyatyanı torpaq sahələri də «etibarsız» sayılaraq, sənədləri «saxta» çıxarılır. Məlumatlara görə, Taleh Qaraşovun tapşırığına əsasən gəlirli torpaq sahələri müəyyənləşdirilir və onların sahiblərinə xəbərdarlıq edilir ki, ərazini boşaltsınlar. Ya da, həqiqi sahibləri yenidən pul verib, həmin torpaq sahələrini ala bilərlər. Gələn xəbərlərdə, vəziyyətin gərginləşməyin istəməyən rayon rəhbəri dostu, pul yığıb paylayanı və köməkçisin qapı-qapı gəzədirdiyi bildirilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.
ardı var