Ana səhifə / Əsas Xəbər

Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev Elmar Vəliyevə icra başçısı olmaq üçün müraciət eib- İLGİNC İDDİA

413
Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev Elmar Vəliyevə icra başçısı olmaq üçün müraciət eib- İLGİNC İDDİA
Elmar Vəliyev icra başçısı təyin edir?

Kürdəmirin icra başçısı olmaq həvəsinə düşən Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyevin Kürdəmirə icra başçısı getmək üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə müraciət etdiyi bildirilir

Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev Kürdəmirə başçı getmək istəyir. Bu gün AzFakt.com-un yaydığı məlumatda bildirilir ki, sayt Yevlax və Bərdədədki mənbələrdən əldə etdiyi məlumata görə idarə rəisi bu münasibətlə uzaq qohumu, Aran Qarabağ rayonlarının qeyri-rəsmi qubernatoru sifətində çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətçi düşüb. Saytın əldə etdiyi məlumata əsasən Rza Əliyev Kürdəmirdə öz vəsaiti hesabına yenidənqurma-abadlıq işlərinin aparması barədə Elmar Vəliyevə söz verib.

Lakin sayt onu da yazı r ki, Yevlaxın Maliyyə İdarəsinin rəisinin qarşısına birdən birə maneə çıxıb. Belə ki, istər Bərdədəki, istərsə də Yevlaxdakı mənbələr iddia ediblər ki, Bərdənin icra başçısı Vidadi İsayev qətiyyətlə və bütün gücü ilə Rza Əliyevin Kürdəmirə başçı yollanılmasına qarşı çıxıb. Mənbələr qeyd edib ki, Gəncəyə gedərək Elmar Vəliyevlə şəxsən görüşən Vidadi İsayev öz hamisindən xahiş edib ki, Rza Əliyevin Kürdəmirdə külli-ixtiyar sahib olmasına razılıq verməsin. Çünki bu bölgədəki icra başçılarının bir çoxunun xoşuna gəlməyəcək və istər Bərdədə, istərsə də Yevlaxda işlədiyi müddət ərzində bir çox qalmaqallarda adı hallanan Rza Əliyev heç də sadiq adam deyil və bütün hallarda qısa müddət sonra Elmar Vəliyevə də xəyanət edəcək. İddiaya əsasən Vidadi İsayev onu da qeyd edib ki, Rza Əliyev Elmar Vəliyevin başağrısına çevriləcək. Məlumata görə Vidadi İsayevi dinləyən Elmar Vəliyev öz növbəsində bildirib ki, o, bu məsələ də qərar verməyə tələsmir və digər namizədləri də götür-qoy edəndən sonra yuxarılarla məsləhətləşmələr aparacaq.

Qeyd edək ki, Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev 15 ilə yaxın müddətdə Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb. Mətbuatın yazdığına görə bir neçə il əvvəl Vidadi İsayevlə Rza Əliyevin münasibətlərinin pozulması Rza Əliyevin Yevlaxa transfer olunması ilə nəticələnib. Onun yerinə, Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə isə Elmar Vəliyevin xalası oğlu təyinat alıb.

Qeyd edək ki, qısa zaman əvvəl haqqında məhkəmə hökmü çıxarılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Apparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumu olan Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun vəzifədən ayrılacağı ilə bağlı çoxdan söz-söhbət dolaşmaqdadır.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Mənbə: AzFakt.com