Ana səhifə / Əsas Xəbər

FETÖ Taleh Ziyadovu necə qoruyur? – İfşa olunan adamını qorumaq üçün Fətullah Gülən şəxsən araya girib

805
FETÖ Taleh Ziyadovu necə qoruyur? – İfşa olunan adamını qorumaq üçün Fətullah Gülən şəxsən araya girib
3 gün əvvəl "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin direktoru baş direktoru Taleh Ziyadovun ABŞ-ın tanınmış "Forbes” jurnalına müsahibəsi ilə bağlı Azərbaycan mətbuatında xəbər yayıldı.

Qeyd edək ki, həmin müsahibə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Azərbaycan mətbuatında da dərc olunmuşdu. "Forbes” jurnalına müsahibəsində TaLeh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Azərbaycanla yanaşı region ölkələrinin iqtisadiyyatına verəcəyi tövhədən danışıb: "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı təkcə Azərbaycanın qeyri-neft sektorunun inkişafına və iqtisadiyyatının şaxələndirilməsinə deyil, bütün regionun transformasiyasına töhfə verəcək.

Onun sözlərinə görə, limanın yerləşdiyi Ələt qəsəbəsi 10-20 ildən sonra Bakının Cəbəl Əlisi (BƏƏ-dəki Azad Ticarət Zonası-ATZ) olacaq: "Hazırda şəhərdə 10-12 min insan yaşayır, lakin tam aydındır ki, liman ətrafında qurulacaq ATZ ilə burada çox sayda iş yerləri, yeni evlər, yeni bizneslər yaradılacaq, ATZ-nin təsir etdiyi digər müsbət proseslər cərayan edəcək. Bu da Ələti Bakı şəhərinin sputnik şəhərinə çevirilməklə yanaşı Mərkəzi Avrasiyanın müasir və tam təminatlı bir məkanına transformasiya edəcək”, – deyə T. Ziyadov bildirib.

Müsahibədə həmçinin qeyd olunub ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının 2020-ci ildə 1 mln. konteynerin və 25 mln. ton yükün aşırılması potensialında olacağı proqnozlaşdırılır.

Qəsəbədəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2020-ci ildə 1 mln. konteynerin və 25 mln. ton yükün aşırılması potensialında olacaq

Göründüyü kimi, Taleh Ziyadovun "Forbes” jurnalına verdiyi müsahibədə olduqca pozitiv məqamlar yer alıb. Ancaq məsələ orasındadır ki, bu pozitiv məqamlardan Bakı Beynəlxalq Dəniz Ticarət Limanındakı real vəziyyətdən ancaq məlumatsız olan vətəndaşlarımız qururlana bilərdilər. Belə ki, Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaratdığı vəziyyətlə müsahibəsində dedikləri arasında xeyli ziddiyətlər var. Elə son 2-3 ayda Azərbaycan mətbuatı davamlı olaraq Bakı Beynəlxalq Dəniz Ticarət Limanında FETÖ şəbəkəsi ilə bağlı olmayan iş adamları və limanın əməkdaşları üçün yaradılmış dözülməz vəziyyətlə bağlı həyəcan siqnalı çalır. Və Taleh Ziyadov başda olmaqla liman rəhbərliyinin terrorçu Fətullah Gülən şəbəkəsi ilə sıx bağlılığını ifşa edirlər.

Azərbaycan mətbuatında tirajlanan bu xəbərlərin fonunda Taleh Ziyadovun "Forbes” jurnalına müsahibəsi qaranlıq mətləblərdən xəbər verirdi ki, əldə etdiyimiz məlumatlar da bunu təsdiq etdi. Araşdırmalarımız zamanı əldə etdiyimiz ilginc məlumatlarda da Taleh Ziyadovun məşhur jurnala müsahibə verməsinin arxasında məkrli niyyətlərin durduğunu göstərmiş oldu.

Aztoday.az-a daxil olan məlumatda deyilir ki, Taleh Ziyadovun FETÖ terror şəbəkəsi ilə əlaqələrinin ifşa olunmasından Gülən şəbəkəsi ciddi narahatçılıq keçirib. Və ABŞ-da təhsil alan kadrlarının vurulacağının qarşısını almaq üçün hərəkətə keçib. Məlum ifşaedici yazılardan sonra ABŞ-da güclü olan FETÖ Taleh Ziyadovun məşhur jurnala müsahibəsini təşkil etməklə əslən naxçıvanlı olan kadrının hakimiyyətin yüksək dairəsində xal qazanmasına çalışıblar.

İnsaf naminə qeyd etməliyik ki, FETÖ şəbəkəsinin məlum həmləsi çox uğurlu da alındı. Belə ki, dünya bazarında neftin kəskin ucuzlaşması fonunda Azərbaycan iqtisadiyyatında böhran müşahidə olunur. Belə bir vəziyyətdə hökümətin heç bir üzvünün Taleh Ziyadov qədər siyasi və iqtisadi çevrəni rahatlayacaq rasonal açıqlaması olmamışdı. Nəzərə alsaq ki, dünyada siyasi və iqtisadi çevrədə də tanınmış olan "Forbes” jurnalına müsahibə vermək Taleh Ziyadovun aktivinə yazılmalıdır.

Bununla belə Taleh Ziyadovun məlum müsahibəsində səsləndirdiyi proqnozların reallaşması real deyil. Belə ki, Beynəlxalq Dəniz Ticarət Limanının 2020-ci ildə 25 milyon ton yükün aşırılması və həmin yüklərin Azərbaycan dəmir yolları ilə daşınacağını ancaq arzu edə bilərik. Bunun reallaşması ehtimalı çox zəifdir. Yeri gəlmişkən ildə 25 milyon ton yükün Azərbaycan üzərindən daşınacağını ilk dəfə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov səsləndirmişdi. Həmin zaman iqtisadçı ekspertlər dünya iqtisadiyyatındakı siyasi və iqtisadi meylləri nəzərə almaqla bunun reallaşmasının mümkün olmadığını subuta yetirmişdilər. Onların əsas arqumenti isə o idi ki, Qədim İpək Yolunun tam potensialı ilə işləməsində hətta Çin belə maraqlı deyil. Çünki Çin başda olmaq Asiya nəhəngləri bu layihəyə ən pis variant kimi baxırlar… (Bu istiqamətdə yaxın günlərdə geniş yazımız olacaq).

Bu arada qeyd edək ki, Türkiyədəki məlum uğursuz çevriliş cəhdindən sonra qardaş ölkədə və Azərbaycanda Gülən şəbəsəkəsinin sıradan çıxarılması istiqamətində ciddi işlər görülməyə başlanılıb. Təşkilatlanma və məxfl fəaliyyəti ilə az qala dünyanın ən güclü kəşfiyyat servisləri ilə rəqabət apara biləcək gücdə olan Gülən şəbəkəsi mövcüd konyukturada taktikinı dəyişməyə başlayıb. Və ifşa olunan üzvlərini sıradan çıxarılmasına göz yummaqla əsas adamlarını gizli saxlayıb, onların xidmətlərindən gələcəkdə istifadə etmək planları üzərində işləməyə başladılar. Elə son günlər adı FETÖ ilə hallanan Taleh Ziyadovun müşaviri İlham Mehrəliyevin Bakı Beynəlxalq Dəniz Ticarət Limanından uzaqlaşdırılması Gülən şəbəkəsinin yeni planlarından xəbər verirdi. Məlum müsahibə ilə Gülən şəbəkəsi Xəzər Azad İqtisadi Zonanı nəzarətə götürmək planından həyata keçirilməsində israrlı olduqlarını göstərdilər. Bu planın isə əsas məqsədi Taleh Ziyadovun vasitəsi ilə FETO ilə bağlı iş adamlarına əlverişli şərait yaratmaqdır….

Redaksiyamıza daxil olan məlumata görə,Taleh Ziyadov haqqında yazılan məlumatlardan ciddi şəkildə narahat olduğundan, hələ də Azərbaycan mətbuatında özlərini gizlətməyi bacaran FETÖ tərəfdarları vasitəsi ilə bu yazıların mediadan yığışdırılmasına çalışır.