Ana səhifə / Əsas Xəbər

Kərəm Həsənovun Fərhad Əliyevdən aldığı və özünün topladığı kapital – SİYAHI

775
Kərəm Həsənovun Fərhad Əliyevdən aldığı və özünün topladığı kapital – SİYAHI
Korrupsiya istənilən cəmiyyət üçün təhlükəli prosesdir və onun miqyası genişləndiqcə həmin cəmiyyətlər nəinki inkşafdan qalır, hətta sahib olduqları dəyərləri də itirirlər.

Korrupsiya inkişafı əngəlləyən ağır bir amildir və özünün təsir gücünə görə bir ölkənin uzun müddət altından çıxa bilməyəcəyi dağıdıcı silahdır. Amma görünür yuxarıda qeyd etdiyimiz həqiqətləri Əmlak Məsələləri Dövlət Komitəsində heç də hamı dərk etmir. Eləsəydilər bu gün vətəndaşlar qeyd etdiyimiz xüsusda daha çox məhz bu qurumdan şikayətlənməzdilər. Bu gün mətbuatda fəaliyyəti neqativ hallarla zəngin olan qurumlar sırasında Əmlak Komitəsi az qala birincidir. Niyə? Yəni doğrudanmı Komitə təmsilçilərinin iddia etdiyi kimi, şikayətlər qərəzdən irəli gəlir? Bunun biri qərəzli oldu, ikisi oldu, üçü, dördü, beşi oldu. Axı biz kütləvi şikayətlərdən danışırıq. Mümkün deyil ki, hamı Əmlak Komitəsinə qarşı qərəzli olsun. Həm də niyə olsun ki? Elə şeylər var ki, gözlə görünür və insanların hansı səbəbdən şikayət etdiyi kənardan aydın şəkildə müşahidə olunur. Bəli, bu gün Əmlak Məsələləri Dövlət Komitəsinin ayrı-ayrı əməkdaşları dövlətin və bilavasitə cənab Prezidentin elan etdiyi fəaliyyət istiqamətlərindən xeyli uzaqlaşıblar və nə qədər təəssüfləndirici olsa da bu uzaqlaşmada dövlətə və prezidentə qarşı atılmış addım kimi qiymətləndiriləcək xeyli xoşagəlməz davranışlar var.

Artıq Azərbaycanda ən yüksək səviyyədə nəzarətdə saxlanan islahatlar prosesi heç kəsin toxunulmaz olmadığını və dövlət etimadından sui-istifadənin cəzasız qalmadığını təsdiqləyir. Biz də bu yazımızda cumhuriyyet.az olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı mediada yer alan və rəsmən təkzib olunmayan bəzi məqamlara toxunmaq istərdik. Söhbət böyük bir struktura rəhbərlik edən dövlət məmurunun şəxsi biznesindən və əmlakından gedir. Cumhuriyyet.az olaraq xatırladaq ki, mediada dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmlaklarının ilkin siyahısı yayılıb. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə Tədbirlər Planı mövzusunda rüblük, yarımillik, illik hesabatlarda, kollegiya iclaslarında odlu-alovlu danışan Kərəm Həsənov görəsən DƏN-ə işə qəbul olunandan sonra aldığı saysız-hesabsız mənzilləri, torpaq sahələrini, obyektləri hansı vəsaitlə əldə edib? K.Həsənovun kapital siyahısında Fərhad Əliyevə bağlı əmlaklar da mühüm yer tutur. Belə ki, Kərəm Həsənov Fərhad Əliyevdin təkcə kreslosunu zəbt etməyib. Fərhad Əliyev həbs olunduqdan sonra Kərəm Həsənov onun nəzarətində olan obyektləri əlindən almağa başladı. Fərhad Əliyev aid “Mingəçevir Regenerat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Bakı Elektroavtomat” ASC, “Siyəzən Broyler” ASC, “Azərbaycan Aliminiumu” ASC, “Daşkəsən Filizsaflaşdırma” ASC, “Azərelektroterm” ASC, “Azərboru “ASC, “Bakıelektrikşəbəkə” ASC, “Sumqayıtelektrikşəbəkə” ASC ilə bağlanmış müqavilələr guya investorlar tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməməsi adı ilə ləğv olundu. Həmin müəssisələrin fəaliyyətinə Kərəm Həsənov birbaşa özü nəzarət edir. Hazırda bu müəssisələrin gəliri komitənin “katyoluna” ödənilir. Bundan başqa Fərhad Əliyevin respublikanın müxtəlif yerlərində, Bakı şəhərində yaxınlarının adına özəlləşdirdiyi qeyri-yaşayış sahələri əlindən alındı. Onların bir hissəsini Kərəm Həsənov öz yaxınlarının adına keçirdi. Fərhad Əliyev tərəfindən açılan, onun yaxınlarının nəzarət etdiyi bəzi müəssisələrin fəaliyyəti isə dayandırıldı. Məsələn, F.Əliyevin açdığı Gəncə Xalça Kombinatının yaxınlığında 100-dən çox ailənin yeganə iş yeri sayılan, Almaniya istehsalı olan 9 ədəd xalça toxuyan dəzgahla işləyən müəssisənin faəliyyəti dayandırıldı. Əmlakının mülkiyyət sənədləri isə ləğv edildi.

K.Həsənov həmyerlisi, ona karyerada qalxmağa kömək etmiş F.Əliyevdən fərqli olaraq, Bakı şəhərinin mərkəzindən uzaq, şəhər ətrafında yerləşən, gözə çarpmayan müəssisə və obyektləri ələ keçirməyə daha çox üstünlük verir. Ona birbaşa və dolayısı ilə məxsus olan torpaq və qeyri yaşayış sahələrinin mediada dərc olunan tam olmayan siyahısını cumhuriyyet.az olaraq oxuculara təqdim edirik:
1.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi 39 ünvanındakı rayon maliyyə şöbəsinin köhnə 2 mərtəbəli binası. Tikilialtı sahəsi 600 kv.m, torpaq sahəsi 1156 kv.m.
2.Xəzər rayonu Şüvalan qəsəbəsi, Şimal DRES-in uşaq bağçası. Tikilialtı sahə 800 kv.m, torpaq sahəsi 3000 kv.m.
3.Suraxanı rayonu Hövsan qəsəbəsi, Yardımçı təsərrüfat. Tikilialtı sahə 1300 kv.m, torpaq sahəsi 47000 kv.m.
4.Xəzər rayonu Mərdəkan qəsəbəsi, Dəniz yolu. Məmmədov Umudəli Ramazan oğlunun adına rəsmiləşdirilib .Tikilialtı sahə 220 kv.m, torpaq sahəsi 8400 kv.m.
5.Suraxanı rayonu Əmircan qəsəbəsi, E.Həsənov küçəsi 42 ünvandakı qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 150 kv.m, torpaq sahəsi 1300 kv.m. Binnətov Zəbullanın adına rəsmiləşdirilib.
6.Xəzər rayonu Şüvalan qəsəbəsinin cənub?şərq hissəsində Maşınqayırma Pansionatının yarımçıq tikilisi. Tikilialtı sahə 600 kv.m, torpaq sahəsi 127022 kv.m. Rəsmiləşdirilib Davudov Yusif Abdulhəmid oğlunun adına.
7.Xəzər rayonu Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan qeyri ?yaşayış sahəsi. Tikilialtı sahə 120 kv.m, torpaq sahəsi 9000 kv.m. Bayramova Xalidə Nuru qızının adına rəsmiləşdirilib.
8.Sabunçu rayonu Sabunçu qəsəbəsi, I.Aslanov küçəsi, 3 ünvanda qeyri-yaşayış sahəsi. Tikilialtı sahə 1200 kv.m, torpaq sahəsi 23500 kv.m. Mustafayev Azad Niyazi oğlunun adına rəsmiləşdirilib.
9.Xəzər rayonu Gürqan qəsəbəsi, Dənizkənarı tikili. Tikilialtı sahə 550 kv.m, torpaq sahəsi 50000 kv.m.
10.Xəzər rayonu Şüvalan qəsəbəsi, A.Ildırım küçəsi “Aqro” kooperativinin və Su doldurma məntəqəsinin yanında. Tikilialtı sahə 2000 kv.m, torpaq sahəsi 58000 kv.m.
11.Xəzər rayonu Buzovna yolu, Mərdəkandan Buzovnaya gedəndə sol tərəfdə SMD-26-nın əmlakı və torpaq sahəsi.
12.Vişnevka dəmir yolunun yanı, Yardımçı təsərrüfat, idman sağlamlıq mərkəzi.
13.Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1 a keçmiş Keyfiyyət Evi. Tikilialtı 960 kv.m, torpaq sahəsi 3000 kv.m. Ismayılov Ramazan Islam oğlunun adına rəsmiləşdirilib.
14.Xəzər rayonu Şüvalan qəsəbəsi, bağlara gedən təzə yolun üstündə. Tikilialtı sahə və torpaq sahəsi 5000 kv.m. Donuzçuluq və heyvandarlıq yardımçı təsərrüfatı.
15.Xətai Mexanizasiya ASC-nin nəzarət səhm zərfi.
16.Bəhrəmtəpə Qum-Çınqıl ASC-nin nəzarət səhm zərfi.
17.Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən Bakı şəhər yol polisinin keçmiş ərazisi.
18.H.Zərdabi küçəsində Ticarət Nazirliyinin keçmiş qaracının yerində hündür mərtəbəli binaya şərikliyi (Papanin körpüsünün yanı.)
19.H.Ələskərov küçəsi 6-12 ünvanında hündür mərtəbəli binaya şərikliyi.
20.Nizami rayonu 8-ci km bazarı.
21.Kənar şəxslərin adına rəsmiləşdirilən Nərimanov və Səbail rayonundakı villa və mənzillər. H.Hacıyev küçəsindəki 2 mənzili, Qubada, Şamaxıda, Qəbələdəki villaları, Bigəhdəki bağ evi və s.
cumhuriyyet.az