Ana səhifə / Əsas Xəbər

Vidadi İsayev, Müstəqim Məmmədov və Vaqif Abdullayev "kürsü"ləri ilə vidalaşırlar

1133
Vidadi İsayev, Müstəqim Məmmədov və Vaqif Abdullayev "kürsü"ləri ilə vidalaşırlar
Vidadi İsayev, Müstəqim Məmmədov və Vaqif Abdullayev yol üstədir

Fevral ayından öncə anonsu verilən kadr islahatları artıq həyata keçməkdədir. Bildiyiniz kimi, ölkə prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla paytaxtın bir neçə rayonunun icra başçılarının yeri dəyişdirildi. İslahatların yaxın vaxtlarda da davam edəcəyi gözlənilir. Özəl qaynaqların bildirdiyinə görə, bəzi icra başçılarının tutduqları vəzifələrdən uzaqlaşdırılması digər rayonların rəhbərlərini də əndişələndirib. Məlumatlı mənbənin bildirdiyinə əsasən islahatların növbəti mərhələsi kənd rayonlarını əhatə edə bilər.

Maraqlıdır, görəsən daha hansı icra başçıları işdən çıxarılacaq? Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, yol üstə olan icra başçılarından biri Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir: "Bərdə camaatı icra hakiminin və onun tapşırığı ilə işləyən bəzi idarə, müəssisə rəhbərlərinin qanunsuz əməllərindən əməlli-başlı cana yığılıblar. Fikir vermisinizsə, son aylarda Bərdənin rəhbərinin törətdiyi özbaşınalıqlarla bağlı müxtəlif dövlət qurumlarına ünvanlanan şikayətlərin sayı xeyli artıb. Təəssüf ki, əksər hallarda icra başçısı ondan yuxarılara göndərilən şikayətlərin ünvanına çatmasına imkan vermir. İcra hakimi yerli poçt şöbəsinin rəhbərliyinə təsir göstərməklə onunla bağlı şikayət məktublarının yuxarılara çatmasını əngəlləyir. Amma bütün bunlara baxmayaraq, yerli camaat bir yolunu tapıb bu məmurun barəsində aidiyyəti qurumlara şikayətlərini çatdırırlar. Bu isə Vidadi İsayevin narahatlığına səbəb olub. Ümumiyyətlə, son günlər baş verən kadr dəyişiklikləri icra başçısının təşvişə düşməsinə gətirib çıxarıb. Hazırda rayonda icra hakiminin dəyişdiriləcəyi barədə söhbətlər gəzməkdədir.

Deyilənə görə, bu ayın sonuna kimi Vidadi İsayevi başqa birisi əvəzləyəcək. Həmin şəxsin kim olacağı barədə hələlik heç bir açıqlama verilmir. Amma bir şey dəqiqdir ki, artıq Bərdə camaatı Vidadi İsayevin vəzifədə qalmasını istəmir. Hətta rayonun ağsaqqalları icra hakiminin tezliklə işdən xaric edilməsi xahişi ilə ölkə başçısına müraciət etməyə hazırlaşırlar". Mötəbər mənbənin sözlərinə görə, qarşıya qoyulan tapşırıqları lazımi səviyyədə icra etməyi bacarmayan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun da kreslosu təhlükə qarşısındadır: "Artıq bir müddətdir ki, Tərtər rayonunun sakinləri müxtəlif sosial problemlərin əlində aciz qalıblar. İcra başçısı bu vəzifəyə təyin olunandan indiyə kimi yerli əhalini narahat edən problemli məsələlərin həllini tapması üçün cəhd belə göstərməyib. Çünki Müstəqim müəllim hələ ki, vaxtının əsas hissəsini şəxsi işlərinə sərf edir. (Oxucularımızdan üzr istəyərək bu fikri işlətməyə məcbur olduq. Bu yazı Gündəlik Bakı qəzetinə məxsusdur. Yazılarımızdan çirkin niyyətləri üçün istifadə edənlərin hər şeyi fahişədir)O rayona icra hakimi təyin olunan kimi dərhal Tərtərin mərkəzində ticarət obyektlərini ələ keçirdi. Lakin onun biznesinin əsas hissəsi Tərtərdə yox Yevlaxda və Bakı şəhərində təşkil olunub. Bu adam üçün Tərtər camaatının problemləri o qədər də maraqlı deyil. Rayonun düşmənlə üzbəüz dayanan kəndlərində vətəndaşlar acınacaqlı durumda yaşayır. Rayon rəhbəri ön xəttə gedib orda yaşayan insanların vəziyyəti ilə maraqlanmır. Bütün çətinliklərə rəğmən, düşmənlə burun-buruna dayanan tərtərlilər düşmənə layiqli şəkildə müqavimət göstərirlər. Onlar hər gün atəşkəsin pozulmasına baxmayaraq, evlərini tərk etmirlər. Onu da demək lazımdır ki, Müstəqim Məmmədov icra başçısı keçəndən sonra rayonun büdcədən maliyyələşən bütün idarə və müəssisələrində qanun pozuntularının, süründürməçilik hallarının sayı xeyli artıb.

Deyilənə görə isə bəzi məmurları əyri yollara baş vurmağa icra başçısı məcbur edir. Tərtər sakinləri yaxın vaxtlarda sevinə bilərlər. Ona görə ki, icra başçısının dəyişdirilməsi məsələsi gündəmdədir. Müstəqim Məmmədov ölkə rəhbərliyinin ona göstərdiyi etimadı doğrultmağı bacarmadı. Bu səbəbdən tezliklə layiq olduğu cəzanı ala bilər". Əldə etdiyimiz məlumatlara görə, gələcək karyerası müəmmalı olan şəxslərdən biri də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. Son dövrlər mətbuatın gündəminə tez-tez düşən məmurun ən yaxın vaxtlarda postundan uzaqlaşdırılacağı bildirilir: "Beyləqan rayonu tamamilə bərbad haldadır. Rayonun həm mərkəzi, həm də kənd arası yolları istifadəyə yararsız vəziyyətə düşüb. Beyləqanın sosial-iqtisadi inkişafı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara və necə xərcləndiyi məlum deyil. Məlum olan isə odur ki, icra hakimi həmin vəsaitləri öz bildiyi şəkildə xərcləyir. Hazırda yuxarılar səviyyəsində rayon rəhbərinin işdən azad edilməsi məsələsi müzakirə olunur. Çox güman ki, yaxın bir həftə ərzində yekun qərar veriləcək. Vaqif Abdullayevin mövcud durumla barışdığı deyilir". Fikrimizcə, Bərdə, Tərtər və Beyləqan rayonlarında sosial problemlərin və etirazların qarşısının alınmasının ən doğru yolu icra başçılarının dəyişdirilməsidir. Yəqin ki, tezliklə proqnozu verilən dəyişiklikləri görəcəyik.