Ana səhifə / Redaksiya seçimi / Əsas Xəbər

BAKCELL ACIZ DURUMDA-FAKT

366
BAKCELL ACIZ DURUMDA-FAKT
“Bakcell” mobil operator şirkətindən şikayətlər səngimir.

Ölkənin aparıcı mobil şirkətinin abunəçilərə qarşı etdiyi fırıldaqlar barədə məlumatlar yayılır.
LİDERİNFO.AZ-a daxil olan şikayətdə qeyd olunub ki, müştərilərin istəyi nəzərə alınmadan pullu xidmətinə abunə edir, balansdan pul silirlər.

Bildirilir ki, bütün proses abunəçinin xəbəri olmadan baş verir: “Bir dəfə mənə Bakcell-in qısanömrəsindən zəng gəlmişdi. Zəngə cavab verdikdə bildirdilər ki, şikayətinizlə əlaqədar zəng etmişik. Mən də cavabımda bildirdim ki, bəli, Bakcell-dən şikayətçiyəm Çünki nə düzgün xidmət göstərirsiniz, nə keyfiyyət var, nə müştəri məmuniyyəti.

Cavab da bu oldu ki, guya Bakcell bütün mobil operatorlardan sən demə üstün imiş. Yəni, şikayətimlə əlaqədar zəng edən bəy operator ancaq şirkəti təriflədi və mən elə başa düşdüm ki, boşuna şikayət etmişəm. Çünki həmin operator mənim şikayətimi sistemdə qeydə almamış, əksinə mənimlə çox kobud danışmışdı. 555-in operatorları da şirkətin özü kimi bərbad xidmət göstərir”.

Şikayətçi baş verən olaydan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə üz tutub. Qaynar xətt də Bakcell-in adını eşidən kimi dəstəyi asıb: “Bakcell-in məni dinləmədiyini görüb Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 1655 saylı qaynar xəttinə zəng etdi. Bakcell-dən şikayət edən kimi dəstəyi asdılar.

Yenidən zəng edəndə isə nömrə məşğuldur anonsu səsləndi. Ümumiyyətlə ölkədə mobil operatorlardan narazı olmayan vətəndaş tapmaq olmaz. Bəs görəsən niyə görə adiyyatı qurumlar mobil operatorlarnan bağlı ciddi tədbir görmür? Mobil operatorlara toxunulmazlıq hüququnu kim verib? Normal ölkələrdə hər hansısa bir şirkətdən narazı olan vətəndaşın hüquqları təmin edilir. Bəs Bakcell şirkətində niyə görə vətəndaşı dinləyən yoxdur?

Azərbaycanla eyni vaxtda müstəqillik qazanmış keçmiş SSRİ dövlətlərinin hamsında dünyaca nüfuzlu “MTS”, “Beeline”, “Orange”, “Vodafone” və s. mobil operatorlar çalışır. Sual olunur: Azərbaycanda niyə görə adıçəkilən nüfuzlu mobil operatorların ölkəyə gətirilməsi əngəllənir? Btütün dünyada çalışan nüfuzlu operatorlar dünyaya yaradı, Azərbaycana yaramadı?

Ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də 2-ci yeri tutur. Çünki ölkəmizdə mobil operatorlar arasında amansız rəqabət yoxdur. Mobil rabitə bazarında inhisarçılıq, monopoliya olduğu üçün tariflər çox bahadır.

Qeyd edək ki, Bakcell müştərilərini pullu xidmətə qoşmaqla hər ay külli miqdarda abunəçilərində xidmət göstərmədən pul qazanır.

Araşdırmalarımı davam edir