TƏCİLİ: Azərbaycanlı milyarder Telman İsmayılov qardaşının həbsi ilə bağlı qərara etiraz olaraq müraciət yaydı – VİDEO » www.LIDERINFO.az LIDER Informasiya Agentliyi
İqtisadiyyat

TƏCİLİ: Azərbaycanlı milyarder Telman İsmayılov qardaşının həbsi ilə bağlı qərara etiraz olaraq müraciət yaydı – VİDEO

402
TƏCİLİ: Azərbaycanlı milyarder Telman İsmayılov qardaşının həbsi ilə bağlı qərara etiraz olaraq müraciət yaydı – VİDEO
Azərbaycanlı milyarder Telman İsmayılov video müraciət yayımlayıb.

Telman İsmayılov video müraciətdə qardaşının həbsinə etiraz edib. Telman İsmayılov qardaşının məhkəmə işində şahid Mehman Kərimovun yanlış məlumat verdiyini və məhkəmənin qərarının yanlış olduğunu bildirir.

Mehman Kərimovun yenidən məhkəməyə şahid qismində gətirilməsini tələb edir, yalnız şahidin öldürülməsindən narahat olduğunu vurğulayır. Buna görə də İsmayılov hüquq orqanlarına məhkəmə işinə obyektiv yanaşmalarını xahiş edib.

Qeyd edək ki, beynəlxalq axtarışa verilən Telman İsmayılovun qardaşı Rafiq İsmayılov Rusiyada həbs olunub. Milyarderin qardaşı iki biznesmenin Vladimir Savkin və onun tanışı Yuriy Brilevin qətlində ittiham edilərək həbs olunub.

Qətl hadisəsinə görə R.İsmayılov ilə yanaşı killer kimi Mehman Kərimov da saxlanılmışdı.