İqtisadiyyat

Hüseyn Abdullayev həbs edildi - Azərbaycana GƏTİRİLDİ

161
Hüseyn Abdullayev həbs edildi - Azərbaycana GƏTİRİLDİ
Bir neçə ildir ki, Almaniyada yaşayan keçmiş deputat və biznesmen, "Quska” ləqəbli Hüseyn Abdullayev həbs edilərək Azərbaycana gətirilib.

Unikal.org xəbər verir ki, bu barədə qafqazinfo- ya məlumat daxil olub.

Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə olarkən saxlanılıb.

O bu gün təyyarə ilə Azərbaycana gətirilib və istintaqa təhvil verilib.

Xatırladaq ki, H. Abdullayev bir neçə ildir ki Almaniyada siyasi sığınacaq almışdı və orada yaşayırdı.