İqtisadiyyat

Nəsimi rayonunun nümayəndə heyəti Kocaeli vilayətində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmişlər

165
Nəsimi rayonunun nümayəndə heyəti Kocaeli vilayətində Xocalı  faciəsinə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmişlər
Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Türkiyənin Kocaeli vilayətinin ayrı-ayrı şəhərlərində silsilə tədbirlər keçirilmiş, Nəsimi rayon İH-nin nümayəndə heyəti həmin tədbirlərdə iştirak edərək tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumatlar vermiş, özləri ilə apardıqları Xocalı faciəsindən bəhs edən, kitabları, bukletləri, foto və video materialları tədbir iştirakçılarına paylamışlar.

Xocalı faciəsinə həsr edilmiş tədbirlər çərçivəsində Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin Körfez bələdiyyəsi ərazisində Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir.

Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra , etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyən ermənilərin ədalət qarşısında cavab verməsini istəyənlər “Xocalıya ədalət” deyənlərin yanında olduqlarını bildiriblər.

Səfər çərçivəsində Türkiyədə olan nümayəndə heyətinin Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu ilə görüşü keçirilmişdir. Görüşdə İ.Karaosmanoğlu bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayət rəsmi sənədlərdə və fotolarda öz əksini tapıb. Qadınların və uşaqların işgəncələrlə qətlə yetirilməsi ermənilərin terrorçu bir xalq olduğunu təsdiq edir.“Türkiyə hər zaman Azərbaycanın yanında olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinə də dəstək verməyə hazırdır. Türkiyə Azərbaycandan da daim dəstək görür. Bu, həm siyasi, həm də diplomatik dəstəkdir”,- deyə bələdiyyə sədri bildirib.

Görüşdə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Kocaeli vilayətinin Körfəz bələdiyyəsi ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə ilə bağlı bələdiyyə sədri İbrahim Karaosmanoğluna minnətdarlığını bildirib. Gülarə Verdiyeva həmçinin erməni terrorçularının törətdiyi qanlı hadisə ilə bağlı türkiyəli rəsmilərə geniş məlumat verib. Sonra Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev çıxış edərək bildirib ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi yeni başladığı dövrlərdə ilk dəstək qardaş Türkiyədən gəlib. Qardaş ölkənin dəstəyini bu gün də bizdən əsirgəmədiyini deyən Qarabağ əlili Azərbaycanın da hər zaman Türkiyənin yayında olduğunu söyləyib.

Sonda Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədrinə xatirə hədiyyələri təqdim olunub
Nüməyəndə heyəti Xocalı faciəsinə həsr edilmiş tədbirlər çərçivəsində fevral ayının 27-də Sakarya Karasu bölgəsində “ Qarabağ” küçəsinin, Xocalı parkı və abidəsinin açılış mərasimində iştirak etmişlər.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş keçmiş SSR-nin 366-cı moto-atıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişdir. Bir gecə içərisində qədim Xocalı yerlə yeksan edilmişdir,cinəyatkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin əsir götürülərək ağlasığmaz təhqirlərə məruz qalmış, 150 nəfərin taleyi hələ də məlum deyildir. Gülarə Verdiyeva çıxışına davam edərək bildirdi ki, 8 ailə bütünlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynlərini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Təəssüf ki, dünya birliyi hələ də susur. 2008-ci ildən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” Beynəlxalq Kompaniyasına başlanılmışdır. “ Xocalıya ədalət” Bynəlxalq kompaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı Soyqırım akti kimi tanınması üçün həyata keçirilən məqsədyönlü fəaliyyət istiqamətlərindən biridir.

Tədbirdə iştirak edən digər rəsmilər də çıxış edərək dünya ictimaiyyəti tərəfindən Xocalı soyqırımının tanınması istiqamətində müvafiq tədbirlərin davam etdirilməsini vacibliyini qeyd etdilər.

Daha sonra nümayəndə heyətinin üzvləri Sakarya Böyükşəhər Bələdiyyəsində olmuş, keçirilən tədbirlərlə bağlı ətraflı müzakirələr aparmışlar.