İqtisadiyyat

Səudiyyə Ərəbistanında benzin 40 faiz bahalaşıb

428
Səudiyyə Ərəbistanında benzin 40 faiz bahalaşıb
Dünyanın əsas neft istehsalçılarından olan Səudiyyə Ərəbistanın höküməti ölkədə benzinin qimətini 40 faiz bahalaşdırıb
[b][/b]
Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hazırda krallıqda bir litr benzinin qiyməti 24 ABŞ senti təşkil edir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında benzin və kommunal xidmətlərinin qiymətləri subsidiyalar hesabına aşağı səviyyədə saxlanılır.

Ekspertlər hesab edirlər ki, büdcə vəsaitlərinin azalmasının əsas səbəbi neftin qiymətinin kəskin ucuzlaşmasıdır. Səudiyyə Ərəbistanı kralı bəyan edib ki, ölkə digər gəlir mənbələri axtaracaq.

2016-cı ildə krallıq höküməti büdcə xərclərini 10 fazi azaltmaq və bəzi xarici aktivlərini satmaq niyyətindədir.