Hadisə

Ağstafadan olan iki qardaş Bakıda dənizdə boğuldu

100
Ağstafadan olan iki qardaş Bakıda dənizdə boğuldu
Ağstafa sakinləri Xəzər dənizində boğulub

APA-nın verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.

Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.

Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.

Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.

Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayonunun Poylu qəsəbəsinə gətirilib.

Qeyd edək ki, ailə 3 ildir Novxanı qəsəbəsində kirayədə yaşayır.