Hadisə

Ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı kişi intihara cəhd edib

530
Ruhi-əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı kişi intihara cəhd edib
Bakıda 51 yaşlı kişi özünü bıçaqlayaraq intihara cəhd edib.

"Report"un xəbərinə görə, hadisə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış sahəsində qeydə alınıb.
Belə ki, 51 yaşlı Əflan Abdullayev tək yaşadığı evində özünə bir neçə bıçaq zərbəsi vurub. Ə.Abdullayev təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Onun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.