Hadisə

Masallıda 1 yaşlı körpə ikinci mərtəbədən yerə yıxılıb

575
Masallıda 1 yaşlı körpə ikinci mərtəbədən yerə yıxılıb
Masallı rayonunda 1 yaşlı körpə ikinci mərtəbədən yerə yıxılaraq ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, 2015-ci il təvəllüdlü Məmmədov Məhəmməd Araz oğlu ikimərtəbəli fərdi yaşayış evinin ikinci mərtbəsinin pəncərəsindən yerə yıxılıb.
Nəticədə 1 yaşlı körpə ağır xəsarət alıb. O, Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.