Əsas Xəbər

İki nəfəri öldürən məmur balası 12 illik cəzasını 3 il ərzində tamamladı-Əfv olundu

690
İki nəfəri öldürən məmur balası 12 illik cəzasını 3 il ərzində tamamladı-Əfv olundu
Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilmişdi

Dünən prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılanlar arasında Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədr müavini olmuş Mübariz Mədətovun oğlu Xalid Mədətov da var.

Xalid Mədətov 3 il əvvəl sərxoş vəziyyətdə “Gelandevagen” markalı avtomobili ilə qəza törətmiş, nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü.