Dünya

Rusiyada nazirə 8 il həbs verildi

217
Rusiyada nazirə 8 il həbs verildi
Moskva məhkəməsi Rusiyanın keçmiş iqtisadi inkişaf naziri Aleksey Ulyukayevi 8 il müddətinə həbs cəzasına məhkum edib

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Qeyd edək ki, Ulyukayev keçən il həbs edilib. O, “Rosneft” şirkətinin rəhbəri İqor Seçindən 2 milyon dollar rüşvət almaqda ittiham olunub.