Cəriməsi olan avtomobillər satıla bilməyəcək » www.LIDERINFO.az LIDER Informasiya Agentliyi
Dünya

Cəriməsi olan avtomobillər satıla bilməyəcək

225
Cəriməsi olan avtomobillər satıla bilməyəcək
“Bu gün "Yol hərəkəti haqqında" Qanuna maraqlı dəyişikliklər edilir”

AzNews.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, ən əsas yenilik odur ki, bu dəyişiklik qüvvəyə mindikdən sonra avtomobilini qeydiyyatdan keçirərkən (o cümlədən addan-ada keçirərkən), texniki baxışdan keçirərkən və sürücülük vəsiqəsini dəyişərkən adamın yol hərəkəti qaydalarını pozmaya görə qanuni qüvvəyə minmiş və ödənilməmiş cərimələri varsa, bu cərimələr tam ödənilməmiş həmin hərəkətlər edilməyəcək:

“Yəni qanuni qüvvəyə minmiş və ödənilməmiş cəriməsi olanlara cərimə ödənilməyənədək avtomobilin qeydiyyatından imtina ediləcək, texniki baxış talonu verilməyəcək, sürücülük vəsiqəsi dəyişdirilməyəcək. Ona görə də qaydaları pozmayın, pozduqda da cəriməni vaxtında ödəyin ki, sonra yeni problem çıxmasın”.