Dünya
Rusiyada qafqazlılara hücum edildi: 3 yaralı
334

Sankt-Peterburqun Vıborqski rayonunda ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 3 nəfərin işi ilə əlaqədar polis tərəfindən araşdırma başladılıb
Axar.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Sankt-Peterburq bölməsindən informasiya yayılıb.
Məlumata görə, polis bölməsinə səhər saatlarında xəsarət almış 3 nəfərin xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Onlardan bıçaq yarası almış 2 nəfərin vəziyyətinin ağır olduğu qeyd olunub. Xəsarət alan şəxslərin hər üçünün Qafqaz respublikalarından birinin vətəndaşı olduğu bildirilib.
Faktla bağlı “Sağlamlığa ağır xəsarət yetirmək” maddəsi ilə cinayət işi başladılıb.