Azərbaycan

Bu gün 832 abituriyent imtahan verir

Bu gün 832 abituriyent imtahan verir
İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və yanğınla bağlı təxliyyə edilən abituriyentlər üçün bu gün qəbul imtahanı keçirilir

DİM-dən verilən məlumata görə, abituriyentlər bu gün keçirilən imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

Qeyd edək ki, həmin gün 832 abituriyent təxliyyə edilib.