Azərbaycan

Arzu Rəhimov yola salınır - Bacarmadı...

1323
Arzu Rəhimov yola salınır - Bacarmadı...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi postunda dəyişiklik gözlənilir. Bu barədə DİA.AZ-a mötəbər mənbələr informasiya verib.

Xəbəri verən qaynaq iddia edir ki, hazırda sözügedən xidmətin rəisi postunu tutan general-leytenant Arzu Rəhimovu kimin əvəzləyəcəyi müzakirə olunur.

Mənbənin dia.az-a söylədikləri: "Arzu Rəhimov bu xidmətin ilk rəhbəri olaraq özünü doğrultmadı. İşində ciddi nöqsanlar müşahidə olundu. Hətta bu nöqsanlar Zakir Həsənovun Müdafiə Naziri təyin olunmasından sonra özünü daha da qabarıq şəkildə hiss etdirdi. Zakir Həsənova özü kimi çevik və bacarıqlı bir SHÇDX rəhbəri lazımdır ki, gərəkən anda orduya səfərbərlik məsələlərini uğurla həyata keçirsin. Amma Arzu Rəhimov bunu bacarmadı. Və bu səbəb də onunla bağlı gediş qərarının verilməsində əsas nüans kimi çıxış etməkdədir".

Mənbə iddia edir ki, dəyişiklik qərarı uzağı ilin sonuna kimi gerçəkləşə bilər.