Araşdırma

Prokuror baş redaktora 5 il cəza istədi

420
Prokuror baş redaktora 5 il cəza istədi
LIDERINFO.AZ azinforum.az-a istinadən xəbər verir ki, bu gün Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı (prokuror-red) “Sonolay.org” saytının baş redaktoru Ramin Məhəmmədoğlunun 5 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib.

Jurnalist Azinforum.az-a açıqlamasında faktı təsdiqləyib. Qeyd edək ki, bir neçə gün bundan əvvəl, baş redaktorun atası Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan mərhum edilib.

Baş redaktor ittihamları qəbul etmir və bildirir ki, həm özünün, həm də atasının belə ittihamlara tuş gəlməsi sırf jurnalist fəaliyyətilə bağlıdır. Növbəti proses martın 28-nə təyin edilib, həmin gün Ramin Məhəmmədoğluna hökm oxunacağı gözlənilir.