Araşdırma

Xalça Muzeyinin direktoruna şiddətli töhmət verildi, baş mühasib qovuldu

753
Xalça Muzeyinin direktoruna şiddətli töhmət verildi, baş mühasib qovuldu
Azərbaycan Xalça Muzeyində qanun pozuntuları barədə məlumat Mədəniyyət və Turizm Nazirliyi tərəfindən araşdırılıb.

Nazirliyin saytının verdiyi məlumata görə, araşdırmaların nəticəsi olaraq, Mədəniyyət və Turizm Nazirliyinin 27 noyabr, 2015-ci il tarixli, 547 nömrəli əmri ilə muzeyin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Öz vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib.
Həmçinin Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.