Şou Biznes

Rəqsanə: “Həyat yoldaşımla istirahətə getmişdim“

828
Rəqsanə: “Həyat yoldaşımla istirahətə getmişdim“
Müğənni Rəqsanə İsmayılova fotokameramız qarşısına keçərək, şəkillər çəkdirib

Açıqlama verən ifaçı yaradıcılığındakı yeniliklərdən də bəhs edib.

O, xalq artisti Zeynəb Xanlarova ilə birlikdə solo konsert verəcəyini deyib:

“Konsert məşqlərinə başlamışam. Avqustda bölgələrə turneyə çıxacam. Beş yerdə konsertim olacaq. Sonuncu tədbir isə Heydər Əliyev Sarayında baş tutacaq. Burada SSR-nin və Azərbaycanın xalq artistinin repertuarından olan mahnıları ifa edəcəm. Gecədə 1 saat mən, digər 1 saatı isə səhnəyə həmin xanım çıxacaq. Konsertimi prodüser Tolikə həvalə etmişəm. O, mənim güvəndiyim insanlardan biridir. İşlərini həmişə bəyənmişəm”.

R.İsmayılova bu yaxınlarda istirahətdən qayıtdığını da deyib:

"Həyat yoldaşımla birlikdə xaricə istirahətə getmişdim. Beş gün qaldım. Qayıtmaq məcburiyyətində idim. Çünki işlərim çoxdur".