Şou Biznes

"Vüsaləyə nə qədər səs lazım idisə yolladım" - Yaşar

705
"Vüsaləyə nə qədər səs lazım idisə yolladım" - Yaşar
Dünən "Maşın" şouda səsvermə nəticəsində müğənni Günel Ələkbərovaya qalib gələn aparıcı Vüsalə Kərimovaya dəstək duranlardan biri də bir yerdə çalışdığı, prodüseri olduğu aparıcı Yaşar Cəlilovdur. Xəbərçi.az-a fikirlərini bildirən ifaçı təəssüratlarını bizimlə bölüşüb:

"Öncə Vüsaləni təbrik edirəm, o xalqın səsinə laiq idi. Daha sonra isə demək istəyirəm ki, Vüsaləyə nə qədər səs lazım idisə yolladım. Amma mən tək başına 66 faiz səs yollaya bilməzdim. Vüsalə mənimçün dəyərlidir, dostumdur, prodüserimdi təbii ki, desəm səs vermədim yalan olar. Amma insanın gərək yaxşı dostları ola ... Vüsalə də çox yaxşı insandır, illərdir televiziyadadır, professionaldır, ona görə həm xalq, həm biz dostları ona dəstək olduq".