Şou Biznes

Rəfael Dadaşov xanımı və qızı haqqındakı ittihamlara sərt reaksiya verdi - Qalmaqal

1228
Rəfael Dadaşov xanımı və qızı haqqındakı ittihamlara sərt reaksiya verdi - Qalmaqal
Müğənni Səidə Dadaşovanın keçimiş həyat yoldaşı Səlcuq Gökgözün mətbuata verdiyi açıqlamlar şou gündəmini bir-birinə vurub.

Belə ki, S.Gökgöz ölkə.az-a müsahibəsində bildirib ki, təkcə S.Dadaşova deyil, həm də onun anası, keçmiş aktrisa Sədaqət Dadaşova da bir zamanlar ərinə xəyanət edib və başqa evli kişidən uşaq dünyaya gətirib.

Xalq artisti Rəfael Dadaşov səslənən ittihamlar barəsində “Yeni Müsavat” a açıqlama verib:

“Keçmişi qurdalamaq, belə şeylərə fikir vermək lazım deyil. İt hürər, karvan keçər. Pişiyin ağzı ətə çatmayanda cırmaqlaşar da. Kakoy to Selcuk?! Selcuq kimi tulanın biri neçə il bundan əvvəl gəlib qapımı döyüb, qızımı istəyib, indi ağzına gələni deyir. Mən daha bu barədə danışmaq istəmirəm”.

Qeyd edək ki, bu günlərdə müğənni Səidə Dadaşovanın gizli və qeyri-rəsmi nikahdan uşaq düyaya gətirməsi ilə bağlı məlumatlar yayılmışdı. Uşağın atası Məhəmməd adlı şəxsin isə əslində başqa bir xanımla evli olduğu bildirilirdi.

Bundan öncə isə Səlcuq Gökgöz canlı efirdə Səidənin ona xəyanət etdiyini və bu səbəbdən boşandıqlarını söyləmişdi.