Şou Biznes

"Təranə Qumral mənim məşuqəm olub"

3932
"Təranə Qumral mənim məşuqəm olub"
Müğənni Təranə Qumralla həmkarı Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov arasındakı məhkəmə prosesi davam edir.

Axşam.az-ın məlumatına görə, M.Həsənov T.Qumrala onun fotosunu sosial şəbəkədə paylaşıb təhqir etdiyi üçün maddi və mənəvi təzminat davası açıb.

M.Həsənovun vəkili Adəm Məmmədov qarşı tərəfin məsuliyyətdən boyun qaçırmaq üçün İnstaqram səhifəsini sildiyini bildirib:

“İnstaqram səhifəsini silərək, məhkəmədə iddiaları rədd edib. Guya, bu səhifə onun deyil, kimsə saxta profil açıb və belə paylaşımlar edib. Amma hamı gözəl bilir ki, həmin profil Təranə Qumralın olub. Biz bunu məhkəmədə sübut edəcəyik, təzminatı alacağıq”.

M.Həsənov isə açıqlamasında T.Qumralın onun məşuqəsi olduğunu iddia edib:

“Təranə şəklimi paylaşaraq, təhqirlər yazmışdı. Bunun cavabını verəcək. Mən onun telefonuma yazdığı intim mesajları məhkəmədə sübut etdim. Bizim onunla intim münasibətimiz olub. Bu günə qədər susurdum, amma artıq danışacağam. Mənə vurduğu maddi və mənəvi ziyanı ödəyəcək. Təranə Nazəninin gözünün Musada (müğənni Musa Musayev – red.) olduğunu deyirdi. İndi mən soruşuram: “Təranə mənim məşuqəm olub, ya yox”.

Qeyd edək ki, T.Qumral Nazəninin həyat yoldaşının fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazmışdı:

“Mən hər zaman dəyərliyəm, qürurluyam, sevilirəm və seçilirəm. Nə edə bilərəm ki, yanındakı üçün sənin dəyərin yoxdur. Özünü alçaltdıqca alçalırsan. Yanındakının gözünü mənə baxanda qamaşdıra bilirəmsə, deməli, sən pas atmısan, ay yazıq! Sənə gülürəm. Sən yandıqca həzz alıram. Səni yandıra bilmişəmsə, çox xoşbəxtəm. Atalar gözəl deyib, özgə atına minən tez düşər”.

Nazəninlə Təranə Qumral arasında qalmaqal ANS-də yayımlanan "Bazar səhəri" verilişində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdi. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı.

Xatırladaq ki, tərəflər arasında məhkəməm prosesi yekunlaşıb. Məhkəmə prosesi iki tərəfin də şəxsi həyatını əhatə etdiyi üçün qapalı keçirilib. Məhkəmənin qərarına əsasən, Təranə Qumral Nazəninin şərəf və ləyaqətini alçaltdığı üçün 10 min manat ödəməlidir.