Sosial / Dünya

Rəsmi Bakının BRİCS-lə siyasi-iqtisadi əməkdaşlığıa gedə bilərmi?

701
Rəsmi Bakının BRİCS-lə siyasi-iqtisadi əməkdaşlığıa gedə bilərmi?
Vahid Əhmədov: “Azərbaycanın bu qurumda hələ ki, iştirakı gözlənilmir, amma gələcəkdə bu məsələyə baxıla bilər”

Bildiyimiz kimi, Ufada BRİCS ölkələri liderlərinin sammiti keçirilir. Rusiya prezidenti Vladimir Putin sammit çərçivəsində təşkilata üzv olan ölkələrin liderləri ilə ayrıca görüşlər keçirib.

Qeyd edək ki, bu təşkilata Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir. Sammit zamanı Ukraynanın şərqindəki münaqişə,Yunanıstandakı iqtisadi böhran, İŞİD-dən gələn təhlükə və digər beynəlxalq məsələlər müzakirə olunub.

Xatırladaq ki, inkişaf etməkdə olan ölkələrin ittifaqı olan bu təşkilat G7 ölkələrinə, bəzən də, Avropa Birliyinə və ABŞ-a qarşı ittifaq olaraq dəyərləndirilir. Ufada keçirrilən sammitin gedişində Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrin bu qurumda müşahidəçi kimi iştirak edə biləcəyini vurğulayıb. Xatırladaq ki, Belarus prezidenti Aleksandr Lukaşenko da sammitini işində iştirak edib.

Bəs Azərbaycanın bu təşkilatla əməkdaşlığını necə dəyərləndirmək olar və Qərblə gərginlik fonunda rəsmi Bakının BRİCS-lə iqtisadi əməkdaşlığı səmərəli ola bilərmi? Doğurdanmı bu ittifaq G7 və AB-nə qarşı alternativ güc mərkəzinə çevrilə bilər?