Sosial / Maraq

Heydər Babayevin holdinqi çökür

1717
Heydər Babayevin holdinqi çökür
2014-cü ilin yekunlarına görə, "AB Standard" QSC 117 min manat zərərlə üzləşib. 2013-cü ildə xalis mənfəət 2 milyon manat təşkil edib.

Konsolidə edilmiş maliyyə hesabatına görə, 2014-cü ildə qrupun şirkətləri ümumi məbləği 137,6 milyon manat həcmində gəlir əldə ediblər. Xərclər 144,7 milyon manat təşkil edib. Beləliklə, holdinqin əməliyyat gəlirləri 7,1 milyon manat təşkil edib.

Ötən il aktivlərin alınmasına (torpaq, bina, avadanlıq və qeyri-maddi aktivlər) 5,2 milyon manat yönəldilib. "AB Standard” QSC-nin belə aktivlərinin satışından 6,7 milyon manat əldə edilib. İnvestisiya əmlakının alınmasına 1,8 milyon manat xərclənib. İştirak payının satışı 2,2 milyon manat həcmində dəyərləndirilib.

İl ərzində holdinqin şirkətləri tərəfindən dövlət büdcəsinə 329 min manat həcmində vergi (torpaq və yol vergisi, əmlak vergisi) ödənilib.

Qrupun aktivləri il ərzində 1,1 milyard manatdan 1,2 milyard manatadək artıb.

Xatırladaq ki, bu ilin aprelində Heydər Aydın oğlu Babayev bildirib ki, 2002-ci ildən fəaliyyət göstərən "AB Standard” QSC-nin 100% səhminin sahibidir. Əvvəlki maliyyə hesabatlarında qeyd olunub ki, "AB Standard” QSC-nin 50% səhminin sahibi Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevadır. Qalan 50% isə gizli saxlanılan başqa ailəyə məxsusdur.

Holdinqə "Bank Standard” QSC, "Standard Insurance" MMC, "AB Legal Consulting Group" MMC, "Standard Lizinq” MMC, "Standard Capital" MMC, "Standard Football Club" MMC, "Dernegul boru zavodu” və "Lənkəran Mehmanxana” ASC daxildir.

Heydər Babayev bu holdinqin təsisçisidir. O, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri və iqtisadi inkişaf naziri postlarını tutub. 2008-ci ildə bu vəzifədən azad edilib və öz biznesinin idarəçiiyi ilə məşğuldur.