Sosial / Redaksiya seçimi

Övladı Moskvada can verən ananın fəryadı - "Azərbaycan səsimi eşitsin" - FOTOLAR

865
Övladı Moskvada can verən ananın fəryadı - "Azərbaycan səsimi eşitsin" - FOTOLAR
Bu məktubu Liderinfo.az-a Rusiyanın Omsk şəhərindən bir həmvətənimiz yazıb. Tək övladı ilə yad ölkədə çarəsiz qalan ananın son ümidi bu məktub oldu.

Qonşu ölkədə, yad bir əyalətdə kimsəsiz, çarəsiz ananın fəryadıdır bu məktub.

“Salam. Mən Omsk şəhərində yaşayıram. 2004-cü ildə qızım Nazı Əliyeva dünyaya gəldi. Əvvəllər heç kim onun xəstəliyinin olduğunu bilmirdi. Amma qızımda nəsə çatışmazlıq var idi. Başqa uşaqlardan fərqlənirdi. Demək olar, hər ay pediatr qəbuluna aparırdım.

1 yaşı olanda bərk xəstələndi. Bir dəfə sudurğa keçirdi. Allah qızımı mənə bağışladı. Amma bu hadisədən sonra vəziyyəti getdikcə pisləşməyə başladı. Tez-tez qızdırması olur, demək olar, hər ay iynə- dərman müalicəsi alırdı. Həkimlər düzgün diaqnoz verə bilmədi.

Sonra biz Omsk şəhərində genetik poliklinikaya müraciət etdik. Orada qızımın analizləri Moskvaya göndərildi. Oradan da cavab gəldi, xəstəni təcili bura-Moskvaya göndərin. Qızım Azərbaycan vətəndaşı olduğu üçün biz ora ödənişli getməli olduq. Buradakı fonda müraciət etdik, bizi Moskvaya göndərdilər. Bir ay Moskvada oduq.

Leninski prospekti 117 saylı xəstəxanada qaldıq. Qızımın xəstəliyinə diaqnoz qoyuldu. Xəstəlik yüzdə bir görülən “Gallervordena Spatz” (Галлервордена Шпатца ) beyin damarlarının tutulmasıdır. Həkimlər onun 10 yaşadək yaşayacağını dedilər. Mayın 4-də qızımın 10 yaşı tamam oldu. Səhhətində kəskin dəyişikliklər özünü göstərməyə başladı.

Sancıları çoxaldı və ayaqları tutuldu.

Hal-hazırda biz xəstəxanadayıq. Sizə burdan göz yaşları içində yazıram. Qızımın vəziyyəti günü-gündən ağırlaşır. Mən burada yaşayan həmyerlilərimizdən kömək istədim. Amma heç bir azərbaycanlı qızıma kömək etmədi. Qızımı mayın 24-ü Moskvaya xəstəxanaya aparılmalı idi. Amma pul olmadığı üçün qızımı apara bilmədim. Burda yaşayan azərbaycanlılara yalvardım ki, heç olmasa kömək etsinlər, balam bu vəziyyətə düşməsin. Amma hamısı bizdən üz döndərdi. Bizə yardım edən 74 yaşlı rus qadın oldu. Öz millətimdən heç kim harayıma çatmadı.

Biz indi burda xəstəxanadayıq. Qızım ağır vəziyyətdədir. Sizə yazdım ki, mənə kömək edəsiniz, xahiş edirəm.

Mən 11 ildir ki qızıma hək baxıram. 2 ildir atası uşaqla maraqlanmır. Qızıma baxmaq üçün iki yerdə işləyirdim. Həmin yaşlı rus qadın da qonşumdur, uşağa göz-qulaq olurdu. Artıq 2 aydır ki, işləmirəm. Qızımın yanından ayrıla bilmirəm. Sonra Moskvada fond tapdım. Zəng elədim, uşağın vəziyyətini dedim. Onlar mənə yalandan ümid verdilər, amma sonra telefona cavab vermədilər (89251252722).

İndi tək ümidim sizsiniz. Nə edəcəyimi bilmirəm. Burda yad ölkədə kimsəsiz qamışam. Bir balam var, o da gözlərimin önündə əriyir. Burda qalmağını istəmirəm. Həkimlər də ev şəraitində ona baxa bilməyəcəyimi deyirlər.

Qızımı burda qoyub işə gedə bilmirəm. Məndən başqa kimsəsi yoxdu. Sizə yalvarıram, kömək edin balama. Bəlkə sağalması üçün bir şans var. Kömək edin bizə, Allah rizası üçün. Tək ümidim sizsiniz, sizdən cavab gözləyirəm. Sizdən heç bir şey istəmirəm, mənə deyin ki hara yazım, hara müraciət edim. Xahiş edirəm kömək edin balama”.

Uşağın anası Kəmalə Əliyeva, Əlaqə nöm: +79659734701, anieva81@mail.ru

Bizi izləməyə davam edin.