Sosial

Polisin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama

397
Polisin öldüyü dəhşətli qəza ilə bağlı rəsmi açıqlama
Daxili İşlər Nazirliyi (DİN) Bakıda polis əməkdaşlarının düşdüyü qəza ilə bağlı məlumat yayıb.
[b][/b]
DİN-dən Liderinfo.az-a verilən məlumatda bildirilib ki, mayın 30-da saat 10 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Rövşən Məmmədov idarə etdiyi “Porşe” markalı avtomobili qarşıda yanacaqdoldurma məntəqəsinə dönmək istəyən Səbail RPİ PPXB-nin əməkdaşı, polis kiçik serjantı Emil Zeynallının xidmət zamanı idarə etdiyi “Fiat-Dobla” markalı avtomobilə vurub. Nəticədə E.Zeynallı hadisə yerində ölüb, R.Məmmədov isə xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən araşdırma aparılır.