Sosial / Maraq
Bu gün Ramazanın niyyət axşamıdır - CƏDVƏL - FOTOLAR
869

Bu gün axşam Müqəddəs Ramazan ayının niyyət axşamıdır. 12 ayın sultanı Ramazan artıq bu axşam başlayır. Bu axşam müsəlmanlar bütün Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcəklər.
Ramazan ayı islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, deyilən duaların qəbul olunduğu aydır.
Liderinfo.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının rəyini əsas tutan Qafqaz Müsəlmanları İdarəsi fətva verib ki, bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günüdür. Eydül-Fitr (Fitr bayramı) isə şəvval ayının 1-nə, miladi təqvimlə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.
QMİ AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamaları əsasında tərtib etdiyi müqəddəs Ramazan ayının təqvimini də açıqlayıb. Təqvimdə müqəddəs Ramazan ayında hər gün oxunan, eləcə də iftardan qabaq oxunan dualar yer alıb.
Tutulan oruclarınız, dualarınız qəbul, bayramınız mübarək olsun.[b][/b]

Oxşar xəbərlər:

Ramazan təqvimi ilə bağlı xəbərdarlıq
Sosial / Maraq
Ramazan ayının təqvimi açıqlandı - cədvəl
Sosial / Dünya
Ramazan ayı ilə bağlı fətva verildi
Son xəbər / Maraq
Bu il nə qədər zəkat verəcəyik?
Sosial / Araşdırma
Sabah QMİ-də müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva veriləcəyi gözlənilir
Siyasət / Son xəbər