Sosial

Daha bir bank bağlana bilər... - Belə gedərsə...

607
Daha bir bank bağlana bilər... - Belə gedərsə...
Vəziyyət belə davam edərsə ,növbəti aylarda “Dəmirbank” ASC də bağlana bilər. Bankın cəmi gəlirlərində azalma var. Faiz gəlirləri, o cümlədən qeyri -faiz gəlirləri də ürəkaçan deyil. Artıq xərclər mənfəəti üstələyib. Bu səbəbdən bir az əvvəl FİTCH reytinq təşkilatı bankın reytinqini B-dən CCC-yə salıb. “Dəmirbank”ın dayanqlıq reytinqi isə CCC-dən F-yə salınıb. Bu və ya digər səbəblərdən artıq bankın mərkəzi ofisində bədbin fikirlər dolaşmaqdadı. Bank tərəfindən kreditləşmə demək olar ki, dayanıb. Kreditləşmə olsa belə çox kiçik məbləğlərlə əhatələnir. Artıq bankda fikirləşirlər ki, böyük ehtimalla dekabr ayının sonu növbəti devalvasiya olacaq. Bu olarsa verilən kreditlərin geriyə qaytarılması müşkül bir məsələyə çevriləcək.

Faktinfo.az-a məlumat verən mənbənbənin bildirdiyinə görə , elə bu səbəbdən “Dəmirbank” ASC idarə heyətindən qeyri-rəsmi olaraq bütün filial rəhbərlərinə göstərişlər verilib ki, problemli kreditlərin ödənilməsi surətləndirilsin. Yəni, bank kreditləşmədən de-fakto imtina edib, gücünü çöldə olan problemli kreditlərin yığılmasına yönəldib. Hətta ,artıq belə demək mümkünsə ,bank müştərilərinə dair sənədləri yeniləməklə məhkəmələrə üz tutur, iddia qaldırır.

Məsələn, bankın Xətai filialında kreditin ödənilməsində gecikməsi olan müştəriləri kütləvi şəkildə məhkəməyə vermə halları müşahidə olunur. Digər filiallarda da buna artıq start verilib. Əksər hallarda müştərilərin xəbəri olmadan məhkəmə qətnamələri çıxardılır. Hətta, qeyri-rəsmi zaminlərə qarşı məhkəmələr tərəfindən də iddia qaldırılır. Əvvəlcədən onlarla əlaqə yaradılır, hansı zaminin kredit qaytarmaq imkanı varsa, problemli kreditin alınması ona yönləndirilir.