Sosial

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov restoran biznesinə başlayıb.

477
Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov restoran biznesinə başlayıb.
İcra başçısı “Neolit”i aldı – Restoran biznesi

BakiPost.az xəbər verir ki, o rəhbərlik etdiyi rayon ərazisində bir sıra iri obyektlərə sahiblənib, eləcə də bir neçə restoran alıb. Onların içərisində məşhur "Neolit” sarayının olduğu da bildirilir.

Məlumata görə, icra başçısı bu sarayı tam almayıb, ona şərik olub. Və bu şəriklikdən sonra sarayın arxa tərəfində böyük, dəbdəbəli bir korpus tikdirməyə başlayıb.

Qeyd edək ki, "Neolit” iki şəxsə məxsus olub. Və şəriklər arasında hər zaman narazılıqların olması barədə mətbuatda tez-tez məlumatlar yayılıb. Hətta bir neçə il il əvvəl şəriklər arasında silahlı münaqişə olduğu barədə informasiyalar dərc olunmuşdu. Bir qədər sonra isə şəriklərdən birinin restoranı yandırması haqda xəbər tirajlandı.
Görünür, bu münaqişələr sonucda şəriklərin birinin saraydan əl çəkməsi ilə nəticələnib. Və həmin adam öz payını Arif Qasımova satıb.