Sosial / Azərbaycan

Bu qərardan sonra Azərbaycan qaçqınları evlərinə qayıda bilər

769
Bu qərardan sonra Azərbaycan qaçqınları evlərinə qayıda bilər
Sabah Abropa məhkəməsində Azərbaycan üçün tarixi qərar qəbul edilə bilər.

Liderinfo.az-ın məlumatına görə, məhkəmə məcburu köşkün olan bir qrup Azərbaycan vətəndaşı tərəfindən irəli sürülmüş “Çıraqov Ermənistana qarşı” iddiasına baxacaq. Ermənistana qarşı məhkəmə iddiası Azərbaycan vətəndaşları Elxan və Adışirin Çiraqov qardaşları, Qaraca Cəbrayılov, Akif Həsənov, Ramiz Cəbrayılov və Fəxrəddin Paşayev tərəfindən qaldırılıb. Azərbaycanın Laçın rayonunda yaşayan bu insanlar 17 may 1992-ci ildə Ermənistan ordusu tərəfindən edilmiş hücum nəticəsində evlərini və əmlaklarını itiriblər. Onlar Ermənistan hökumətindən itirdikləri əmlaka görə kompensasiya tələb edirlər və doğma yerlərinə qayıtmaq üçün şərait yaradılmasını tələb edirlər. Məhkəmə işi uzun illərdir ki, bu işə baxır və yekun qərarın qəbul edilməsinə yaxınlaşdığı güman edilir.

Londonun Midleks universitetində yerləşən İnsan haqları üzrə Avropa mərkəzinin direktoru (EHRAC) Filip Liç bu işi “uzun müddət gedən mübarizə” adlandıraraq bütün Avropada olan qaçqınlara şamil oluna biləcək tarixi qərar qəbul oluna biləcəyini qeyd edir.

Onun sözlərinə görə, burada qaçqın və məcburi köçkünlərin haqqlarının qorunması yönündə çox vacib məsələlər önə çəkilir. “Müsbət nəticə bir dönüş nöqtəsi yaradan qərar olacaq, belə ki, Avropa məhkəməsi bu günə kimi belə bir məsələ həll etməmişdi və bu qaçqınların hakimiyyətə qarşı haqlarını qoruyacaq”, - deyə Linç bildirib.

O əlavə edib ki, müsbət nəticə bu kimi məhkəmə işlərinin çoxalmasına gətirib çıxara bilər ki, bu sözü gedən münaqişədən əlavə Avropada mövcud digər münaqişələrə də toxuna bilər. Professor həmçinin məhkəmənin müsbət nəticəsinin ölkələr arasında münaqişənin həlli yolunda danışıqlara yeni nəfəs verə bilər.