Sosial

Prezident generala medal verdi

944
Prezident generala medal verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzFakt.com ölkə başçısının saytına istinadən bildirir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 24-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağadakı şəxslər təltif edilib:

“Vətən uğrunda” medalı ilə

Məmmədov İlqar Aydın oğlu – general-mayor.

“İgidliyə görə” medalı ilə

Səmədov Aqşin İnqilab oğlu – leytenant (ölümündən sonra)

Hacıyev Faiq Qədir oğlu – çavuş (ölümündən sonra)

Hüseynov Saleh İsi oğlu – əsgər (ölümündən sonra).

“Hərbi xidmətlərə görə” medalı ilə

Daşdəmirov Çingiz Əli oğlu – polkovnik

İlmazov Əhliman Xalid oğlu – polkovnik

Məmmədov Şahin İbrahim oğlu – polkovnik

Əliyev Rəhman Hüseyin oğlu – polkovnik-leytenant

Hüseynov Mübariz Afiq oğlu – polkovnik-leytenant

İbrahimov Afər Xamməd oğlu – polkovnik-leytenant

Məmmədov Yusif Miryaqub oğlu – polkovnik-leytenant

Mustafayev Rafət Komsomol oğlu – polkovnik-leytenant

Paşayev Səməd Hafiz oğlu – polkovnik-leytenant

Səmədov Səbuhi Azad oğlu – polkovnik-leytenant

Yusubov Şiraslan Musa oğlu – polkovnik-leytenant

Əsədov Ziya Ramiz oğlu – mayor

İmanov Vidadi İman oğlu – mayor

Qəhrəmanov Hikmət Həsrət oğlu – mayor

Məmmədov Müşfiq Qəşəm oğlu – mayor

Staritskiy Vyaçeslav İqoreviç – mayor

Tağıyev Sadiq Feyruz oğlu – mayor

Zeynalov Müşviq Sovet oğlu – mayor

Hüseynov Emin Elçin oğlu – kapitan

Xəlilov Təbriz Müslüm oğlu – baş leytenant

Məmmədov Rəşad Əşrəf oğlu – baş leytenant.