Sosial
Məhkəmə ANS-in daha 2 şikayətini təmin etdi
781

Bakı Apellyasiya Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iki şikayətinə baxılıb.
APA-nın məlumatına görə, hər iki prosesdə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ-nın çıxardığı inzibati tənbehvermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Bundan sonra şirkət apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edib.
Oxşar xəbərlər: