Sosial

Tanınmış şirkət 35 min manat məbləğində cərimələnib

687
Tanınmış şirkət 35 min manat məbləğində cərimələnib
Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) “Lider Monolit” Məhdud Məsuliyyətli Cəmiyyətini cərimələyib.

“Report” xəbər verir ki, DMX-nın qəbul etdiyi qərara əsasən, MMC 35 min manat məbləğində cərimə edilib.
Şirkət isə həmin qərarla razılaşmayıb. Bakı Apellyasiya Məhkəməsinə müraciət edən “Lider Monolit” MMC cərimə məbləğinin 30 min manata salınmasını istəyir.

İşə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Lider Monolit” MMC 2005-ci ildə təsis edilib. Şirkət Bakı şəhəri və bölgələrdə tikinti, əsaslı təmir, yenidənqurma və abadlıq işlərini yerinə yetirir.