Sosial
İtkin düşən və həlak olan neftçilərin kreditləri bağışlandı
656

Dekabrın 4-də "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində yaşanmış faciə bütün ölkəni olduğu kimi, "Bank of Baku" ailəsini də sarsıdıb
Bankdan "APA-Economics"ə verilən məlumata görə, yanğında həyatını itirən və itkin düşən neftçilər arasında, sayı 11 olmaqla, bankın daimi müştəriləri də var.
Bank faciə nəticəsində həyatını itirmiş və itkin düşmüş neftçilərin ailələrinə dəstək məqsədi ilə, həmin neftçilərin bankda mövcud olan bütün kredit borclarının bağışlanması qərarını qəbul edib.