Sosial

Nardaranda atışma: polisə qumbara atdılar, 5 ölü və yaralılar var - YENİLƏNİB - FOTO

1059
Nardaranda atışma: polisə qumbara atdılar, 5 ölü və yaralılar var - YENİLƏNİB - FOTO
Bu gün Nardaranda baş vermiş silahlı insident nəticəsində dörd polis əməkdaşının həlak olduğu bildirilir.

Liderinfo.Az-ın APA-ya istinadən məlumatına görə, polisə müqavimət göstərən radikal qrupun Abbas adlı bir üzvü də öldürülüb.

Radikal qrupun üzvləri polisə qumbara atıb, sonra isə atəşə tutublar.

Atışma zamanı daha bir neçə nəfər yaralanıb.

Onların arasında polis əməkdaşları da var.

---------

15:24Nardaranda atışma: polisə qumbara atdılar, 5 ölü və yaralılar var - YENİLƏNİB - FOTO

Milli.Az xəbər verir ki, virtualaz.org saytının əldə etdiyi son məlumata görə, islamçı ekstremistlərin silahlı hücumu zamanı 4 nəfər həlak olub. Onların 3-ü DİN əməkdaşlarıdır.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Nardaranda başda hacı Tale Bağırzadə olmaqla bir qrup islamçı ekstremistə qarşı xüsusi əməliyyat keçirib.


Nardaranda atışma: polisə qumbara atdılar, 5 ölü və yaralılar var - YENİLƏNİB - FOTO
----------

14:59

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Trend-in əldə etdiyi son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır.

Nardaranda atışma: polisə qumbara atdılar, 5 ölü və yaralılar var - YENİLƏNİB - FOTO

---------

14:56

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.

Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.


Nardaranda atışma: polisə qumbara atdılar, 5 ölü və yaralılar var - YENİLƏNİB - FOTO
----------

14:53

Virtualaz.org bildirir ki, hacı Tale Bağırzadənin tərəfdarlarının facebookda yaydıqları məlumata görə, əslində atışma bu din xadiminin evində namaz vaxtı baş verib.

Tale Bağırzadəni həbs etmək üçün polislər evə basqın edərkən onun tərəfdarları silah işlədib, bu zaman qarşılıqlı atışma olub.

Sosial şəbəkələrdə Tale Bağırzadənin evindən görüntülər də yayılıb. Kadrlardan görünür ki, evdə və həyətdə qan izləri var.

X X X

Hüquq-mühafizə orqanlarından "Turan"a bildiriblər ki, atışma Taleh Bağırzadənin saxlanılması zamanı baş verib. Əməliyyat zamanı Bağırzadənin tərəfdarları olan islamçı ekstremistlərdən biri polislərə tərəf qumbara atıb, bundan sonra atışma baş verib.

Yaralılardan birinin bizimyol.info-ya verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13:00 radələrində qeydə alınıb.

X X X

3 saylı Klinik Xəstəxananın baş həkimi Fikrət Zeynalov virtualaz.org saytına bildirib ki, xəstəxanaya 3 yaralı daxil olub.

Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.

-----------

14:49

Milli.Az haqqın.az-a istinadən bildirir ki, radikal islamçıların liderlərindən olan Zülfüqar Mikayılzadə tutulub.

O, evində olarkən saxlanılıb.

---------

14:42

Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir.

T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.

----------

14:35

Milli.Az femida.az-a istinadən bildirir ki, hadisə şahidlərinin verdikləri məlumata görə, atışma nəticəsində polis nəfəri yaralanıb. Bakının digər rayonlarının polis idarəsinin əməkdaşları da hadisə yerinə cəlb ediliblər.

Sabunçu rayonunda baş vermmiş silahlı insident nəticəsində Sabunçu Rayonu Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Sadiq Həsənov yaralanıb.

---------

14:32

Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.



Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində yaralanan var. T.Bağırzadənin saxlanıldığı bildirilir.



-----------

14:30

Milli.Az haqqın.az-a istinadən bildirir ki, 3 saylı xəstəxanaya güllə yarası ilə 3 nəfər aparılıb. Bunu xəstəxanananın baş həkimi Fikrət Zeynalov deyib.

Yaralıların hamısı gənclərdir. Onların biri artıq əməliyyat olunub.

İslamazeri saytı bildirir ki, məscidin yaxınlığındakı atışmada iki nəfər həlak olub.

---------

14:25

Hadisə bu gün təxminən saat 13 radələrində qeydə alınıb

Bakının Nardaran qəsəbəsində silahlı insident baş verib. Hadisə nəticəsində xeyli sayda yaralı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, yaralılardan birinin verdiyi məlumata görə, avtomatla silahlanmış naməlum şəxs qarşısına çıxan insanlara atəş açmağa başlayıb. Hadisə bu gün təxminən saat 13 radələrində qeydə alınıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. DİN rəsmisi bununla bağlı sualımızı Baş Prokurorluğun mətbuat xidmətinə ünvanlamağı məsləhət gördü. Ətraflı məlumat veriləcək.