Sosial

Sabah metro gecə 1-ə kimi işləyəcək

726
Sabah metro gecə 1-ə kimi işləyəcək
Azərbaycanın “Qarabağ” futbol komandası Bakı Metropoliteninə müraciət edib

Bu barədə Azvision.az - a açıqlama verən Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, müraciət metronun bağlanış saatının artırılması ilə bağlıdır. Belə ki, “Qarabağ” komandasının sabah “Anderlext” klubu ilə keçirəcəyi oyun gecə saat 12-də bitəcək. Komanda metronun işləmə vaxtının saat 1-ə qədər uzadılmasını xahiş edib.

O, qeyd edib ki, Bakı Metropoliteni “Qarabağ” klubunun müraciətinə müsbət cavab verib: “Bakı Metropoliteni onların xahişini nəzərə alaraq sabah keçiriləcək “Qarabağ” - “Anderlext” qarşılaşması ilə əlaqədər metro gecə saat birə qədər işləyəcək”.